Alıcan Abbasov Haqqinda Melumat - Vikipedia

Alıcan Abbasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alıcan Abbasov — (tam adl: Alıcan Bayramalı oğlu Abbasov; d.20 may 1940, İsmayıllı, Tircan.) — Azərbaycan iqtisadçısı, iqtisad elmlər doktoru (1987), professor (1998), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006).

Alıcan Abbasov
Alıcan Bayramalı oğlu Abbasov
Doğum tarixi (83 yaş)
Doğum yeri İsmayıllı, Tircan, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi İqtisad elmlər doktoru
Elmi adı professor

Həyatı redaktə

Alıcan Abbasov 1940-cı ilin may ayının 20-də Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1965-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Yaradıcılığı redaktə

A.Abbasov 1962–64-cü illərdə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində iqtisadçı, 1965–83-cü illərdə Elmi Tədqiqat İqtisad İn-tunda bölmə və şöbə müdiri, 1984–92-ci ildə Azərbaycan Texnologiya İn-tunda kafedra müdiri işləmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində biznes inzibatçılığı kafedrasının müdiridir. [1]

Tədqiqatları redaktə

Tədqiqatları Azərbaycanda sahibkarlığın və biznesin inkişafı problemlərinə həsr olunmuşdur. 180-dək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. [1]

Əsəri redaktə

  • Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. B., 1998. [1]

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 17. ISBN 978-9952-441-02-4.

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024