Alatoran (roman) Haqqinda Melumat - Vikipedia

Alatoran (roman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır.[3][4] Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir.

Alatoran
Twilight
Müəllif Stefani Mayer
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 5 oktyabr 2005
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 498[1] (bərk cild)
544[2] (yumşaq cild)
Əvvəlki yoxdur
Sonrakı Yeni Ay
ISBN ISBN 0-316-16017-2

2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır[5], qısa müddət sonra isə birinci yerə kimi yüksəlir.[6] Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır.[7] Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı[8], 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır.[9] Roman 37 dilə tərcümə edilib.[10]

İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər. Digər tərəfdən, tənqidçilər qeyd edirlər ki, Bellanın Edvardla tanış olması səhnəsi “obrazın özündən daha magik” təsvir edilib və Bella zəif qadın obrazıdır.

Alatoran romanının film adaptasiyası 2008-ci ildə təqdim edilib. Film böyük kommersiya uğuru əldə edərək, bütün dünyada $392 milyondan çox gəlir əldə edib[11], əlavə olaraq, Şimali Amerikada DVD satışlarından 2009-cu ilin iyuluna kimi $157 milyon gəlir əldə edib.[12]

Sinopsis redaktə

Süjetin xülasəsi redaktə

Anasının beysbolçu ilə evlənməsindən sonra, on yeddi yaşlı İzabella “Balla” Svon, atası Çarli ilə birgə yaşamaq üçün Vaşinqton yaxınlığındakı kiçik Forks şəhərinə köçür. Tezliklə məktəbdəki bir çox uşaqla dostlaşmasına baxmayaraq Kallenlərdən biri ilə arasında intriqa münasibəti yaranır. Məktəbdəki ilk günündə o biologiya dərsində Edvard Kallenlə yanaşı oturur, nə qədər münasibət qurmağa çalışsa da, Edvard bundan imtina edir. Bir neçə gün sonra diqqətsizlik edən Bella məktəbin həyətində avtomobil qəzası təhlükəsi yaşayır. Bu zaman qeyri-insani sürətlə hərəkət edən Edvard Bellanın yanına gələrək maşını geri itələyir və qızı xilas edir. Daha sonra bu hadisəni unutmağı Belladan xahiş edir və ondan uzaq durmağı məsləhət görür.

Uzun müddət axtardıqdan sonra Bella öyrənir ki, Edvard vampirdir, lakin yalnız heyvan qanı ilə qidalanır. Onlar bir-birlərinə aşiq olurlar və Edvard Bellanı vampir ailəsi Karlayl, Esme, Elis, Casper, Emmet və Rozali ilə tanış edir. Bir qədər sonra şəhərə köçəri vampirlər Ceyms, Viktoriya və Loran şəhərə gəlir. Edvardın insanı müdafiə etməsi izləyici vampir Ceymsi əsəbləşdirir və o, Bellanı incitmək qərarına gəlir. Edvard və ailəsi Bellanı qorumaq üçün həyatları ilə risk etsələr də, Ceyms onu qaçıraraq anası ilə birgə yaşadığı Feniks şəhərinə gətirir. Ceyms hücum edərək Bellanın biləyindən dişləyir, lakin Kallenlər ailəsinin digər üzvlərindən daha sürətli olan Edvard Bella ölməmiş özünü hadisə yerinə çatdıra bilir. Ceyms öldürülür, Edvard Ceymsin zəhərini Bellanın qanından soraraq onun vampirə çevrilməsinin qarşısını alır. Bella gözünü açdıqda hospitalda olur, anası bütün gecə Edvardın onun yanından ayrılmadığını deyir. Forksa dönən Bella və Edvard məktəb şənliyində rəqs edərkən, Bella Edvarda vampir olmaq istədiyini deyir. Film sevgilisi Ceymsin qisasını almaq istəyən Viktoriyanın onları güdməsi ilə başa çatır.

Əsas obrazlar redaktə

  • İzabella Svon - Bella adlandırılmasına üstünlük verən İzabella Svon 17 yaşlı gənc qızdır. Anasının beysbolçuya ərə getməsindən sonra, o, atası ilə yaşamaq üçün Foneks, Arizonadan Forks, Vaşinqtona köçür. Fork Yüksək Məktəbində Edvard Kallenlə qarşılaşan Bella ona aşiq olur. Sonradan o, Edvardın Bellanın qanını içməmək üçün çətinliklə özünü saxlamasından güclü iradəyə malik olmağı öyrəndiyini qeyd edir. Bella o yaşda olan bütün qızlar üçün xarakterik olan mehriban və yöndəmsiz xasiyyətə malikdir. O, çox savadlı və tədqiqatçı xüsusiyyətlərə malik olmaqla, Kallenlərin qəribə xüsusiyyətləri, qeyri-adi gücləri və fiziki özəlliklərini sezəcək nəzərə sahibdir. Romanın başlanğıcında Bella çətin seçim qarşısında qalır, lakin hadisələrin inkişafı zamanı seçim etməyi və müstəqil qərar almağı öyrənir.[13]
  • Edvard Kallen – Edvard, Karlayl Kallen tərəfindən 1918-ci il İspan Qripi Epidemiyası zamanı çevirilmiş 104 yaşlı vampirdir. Onun insanların fikirlərini oxumaq kimi xüsusi bir vergisi var. İlk dəfə Bella ilə qarşılaşdıqda qız onu özünə cəlb edir, çünki, ətrafındakı bütün insanlardan fərqli olaraq Edvard, Bellanın fikirlərini oxuya bilmir, daha sonra isə onun, qanı Edvardda ehtiras oyadır. Qızın təhlükəsizliyini təmin etmək üçün onu özündən uzaqlaşırmağa çalışsa da buna nail olmur. O, Bella üçün təhlükəli ola biləcəyi haqqında qəbərdarlıq edir. Lakin, əslində kim olduğunu qızdan gizlədir. Vampirə çevrilməsindən sonra Edvard heç kimə aşiq olmamışdı. Lakin başa düşür ki, Bellaya qarşı olan hisslərinə müqavimət göstərə bilməyəcək. O, Bellada öz şəxsiyyətinin yarısını, sevgi və qayğını tapır.[13] Alatoranda Edvard Mayerin şəxsi pessimistik xarakterinin təsiri ilə yaradılmış pessimistik xüsusiyyətlərə malikdir.[14] Bu obraz həmçinin Ceyn Eyr romanında özünü monster hesab edən Mr. Roşester obrazından da təsirlənmişdir.[15]
  • Ceyms – Ceyms insanları ovlamaq kimi lazımsız xarakterə malik vampirdir. Ceyms yarışmağı sevir və Bellanın dərisinin ətri onda həvəs oyadır. Lakin Kallenlər Bellanı müdafiə edirlər və bu zaman Ceyms həyatının ən böyük oyununa başlamaq qərarına gəlir. Bilərək ki, Bellanı ovlamaq Kallenlərin ona qarşı müharibə elan etməsinə səbəb ola bilər, bu addımı atır. Ceyms Bellaya zəng edərək Foneksdə onunla görüşmək istədiyini bildirir və gəlməyəcəyi halda anasını öldürəcəyi ilə hədələyir. Bella oraya çatdığında öyrənir ki, əslində anası Floridada təhlükəsiz yerdədir və Ceyms onu aldadıb. Burada Ceyms Bellanın qanını içmək istəyərkən Kallenlər özlərini yetirirlər və Ceyms öldürülür.

İnkişaf redaktə

Stefani Mayer qeyd edir ki, “Alatoran”ı yazmaq ideyası onda 2 iyun, 2003-cü ildə gördüyü yuxudan sonra yaranmışdır. Yuxu insan qız və onu sevən vampir oğlan haqqında idi. Bu yuxu əsasında Mayer ilk olaraq romanın 13-cü fəslini işləmişdi.[16] İlk öncə əsər Forks adlandırılmışdı və bu adın “Alatoran” olaraq dəyişdirilməsini naşir tələb etmişdi. Əsəri işlədiyi müddətdə o, obrazlarına ad da seçməmişdi və romanı yazarkən onları “o” (he, she) adlandırırdı. Daha sonra “Şarlotta Brontenin Mr. Roşesteri” və “Ceyn Ostinin Mr. Ferrarsı” ona kişi obrazı üçün Edvard adını seçməyə kömək olmuşdur, qız qəhrəmanını isə o, öz övladı üçün seçdiyi İzabella adı ilə adlandırmışdır. Rozali və Casper isə orijinalda Karol və Ronald adlandırılmışdı.[17]

Mayer, hekayənin əvvəlini düşünmədən, 13-cü fəsildən başlayaraq davam edir və ardıcıllıqla fikirləşdiklərini anladırdı. Sonuncu fəsil isə elə hey uzanırdı. O, həmçinin romana uzun bir epiloq da yazmışdı. Bu hissəni tamamladıqdan sonra yazıçı müəyyən etmişdi ki, əslində heykayənin əvvəli haqqında deyiləcək o qədər də sözü yoxdu və yalnız beş və ya altı fəsil yaza bilər. Buna görə də, fəsil nömrələməsi dəyişdirilmişdi.[18] Üç ayın tamamlanmasında Mayer öz yuxusunu böyük bir romana çevirə bilmişdi[19], lakin, düşünürdü ki, “Alatoran”ı heç vaxt nəşr etdirməyəcək və onu yalnızca özü üçün yazıb.[20] Cəmiyyətdən təcrid olunmuş çalışmalarla keçən yaydan sonra, 29 avqust 2003-cü ildə o, romanın əlyazmasını tamamlamışdı.[21]

Əlyazmanı oxuyan bacısı romanın möhtəşəm olduğunu bildirmiş və onu ədəbi agentliklərdən birinə satmağı məsləhət görmüşdü.[22] On beş ünvana bu haqqda müraciət edilməsinə baxmayaraq, onlardan beşi müraciəti cavabsız qoymuş, doqquzu cavab vermiş və həmin cavablardan yalnız sonuncusu, “Yazıçılar Evi”ndən Codi Remerin cavabı müsbət olmuşdu.[23] Redaktə zamanı romanın iyirminci fəsili, Emmetə ayı hücum etməsi səhnəsi və epiloqun bəzi hissələri ixtisar edilmişdi.[24]

Üz qabığı redaktə

Stefani Mayer qeyd edir ki, kitabın üz qabığındakı alma Yaradılış kitabındakı qadağan olunmuş meyvəni simvolizə edir. Bu, romanın əvvəlində istinad edildiyi kimi Yaradılış 2:17-də qadağan olunmuş Yaxşı və Pis haqqında Bilik Ağacının meyvəsinə bənzədilən Edvard və Bella sevgisini simvolizə edir.[25] Mayer həmçinin qeyd edir: “Əgər sən onu dişləsən geniş bacarıqlarını kəşf edərsən və ya dişləməkdən imtina edərək hamının bildiyi təhlükəsiz və sakit həyat seçərsən.”[26] Alternativ üz qabığnda filmdə əsas obrazları canlandırmış Kristen StüartRobert Pattinsonun şəkilləri var.

Mükafatlar redaktə

Nəşri redaktə

“Alatoran” romanı əvvəlcə on dörd agent tərəfindən rədd edilmişdi[28], lakin, 2003-cü ildə keçirilmiş auksionda səkkiz naşir "Alatoran"ı nəşr etmək üçün yarışırdı.[23]Little, Brown and Company” nəşriyyatı romanın nəşr edilməsi üçün $300,000 təklif etsə də, Mayerin agenti $1 milyon tələb edirdi, sonda naşirlə üç kitabın nəşri üçün $750,000 dollarlıq razılaşma əldə edildi.[29] "Alatoran" ilk dəfə 2005-ci ildə 75,000 nüsxə ilə nəşr edildi.[23] Roman satışa çıxarılmasının bir ayında New York Times Best Seller Siyahısında beşinci yerə yüksəldi[5], bir müddət sonra isə birinci yeri tutdu.[6] Romanın xarici nəşr hüquqları 26 ölkəyə satıldı.[30]

2008-ci ilin oktyabrında “Alatoran” “USA Today”in “Son 15 ilin ən çox satılan kitabları siyahısı”nda 26-cı yerdə qərarlaşdı.[31] Daha sonra kitab həm də, 2008-ci ilin ən çox satılan[32], 2009-cu ilin isə ikinci ən çox satılan kitabı olmaqla, yalnız davamı olan “Yeni ay” kitabından geridə qaldı.[33]

Tənqidçilərin mövqeyi redaktə

 
Romanın Azərbaycan dilində nəşrinin üz qabığı. Yay nəşriyyatı

“Alatoran” ilkin olaraq tənqidçilər tərəfindən müsbət qarşılanmış və “Publishers Weekly” Mayeri “2005-ci ilin ən prespektivli yeni yazarlarından biri” adlandırmışdı.[34]The Times” romanı “yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını mükəmməl əks etdirən əsər” kimi qiymətləndirir[35], Amazon.com isə romanı “çox romantik və qeyri-adi hissiyyatlı” adlandırır.[36] “School Library Journal”dan Hillias J. Martin qeyd edir ki, “Realistik, incə, qısa, izlənməsi asan, Alatoran, insanları tamamilə mövzuya qərq edən bir əsərdir.”[37] “TeenReads”dən Nora Fiel yazır: “Alatoran sevgi və qorxunun həyəcanlı birliyidir.”[38] “Publishers Weekly”də kitab haqqında nəşr edilmiş rəydə qeyd edilir ki, Bellanın “Edvarda uzaqdan təsir etməsi”, onların təhlükəli münasibətləri və “Edvardın daxili istəyi” yeniyetməlik dövründə insanların seksual hisslərinin alt-üst olmasının metaforik təsviridir.[39] “Booklist”də yazılır: “Əsərdə bəzi qüsurlar vardır, məsələn, süjet dialoqlar vasitəsiylə xeyli uzadılır, obrazların sifət təsvirləri üzərində çox dayanılır, lakin qaranlıq romantikanı dəstəkləmək üçün edilmiş bütün bu gedişlər insanın ruhuna işləyir.”[40]The Daily Telegraph”dan Kristofer Midlton kitabı “qanlı yüksək məktəb draması” adlandırır və qeyd edir ki, “şübhəsiz ki, bu kitab onu oxuyan şəxslərdə ciddi təsir buraxacaq.”[41] “The Post and Courier”dən Cennifer Heyvs qeyd edir ki, “ “Alatoran” Stefani Mayerin ilk kitabıdır kİ, məni bu qədər dərindən sarsdı və mən öz kitabımı itirdikdən sonra, tanıdığım əv yaxın yeniyetməni çağıraraq, ondan kitabın nüsxəsini xahiş etdim.”[42] “Suite101.com”dan Roberta Qoli romanı müsbət dəyərləndirir və qeyd edir ki, “romanın birinci yarısında demək olar ki, hərəkət yoxdur”, yazı “axıcıdır” və hekayə “maraqlıdır”. O, həmçinin, yeniyetmələrin duyğularını daha dəqiq təsvir etmək üçün əsas obrazlar arasındakı dərin hissi münasibətlərə də diqqət cəlb edir.

Kirkus Reviews” əsərə daha çox qarışıq rəy verərək, bildirir ki, “[Alatoran] mükəmməllikdən çox uzaqdır: Edvard bayronsayağı monster qəhrəman kimi təsvir edilir, Bella isə lazım olduğundan daha magik xarakterə malikdir. Buna baxmayarq, təhlükəli sevgi həvəskarları və dara romantika vurğunları çətin ki, bu əsərə qarşı müqavimət göstərə bilələr."[43]The New York Times”da nəşr edilmiş rəydə deylir: “ “Alatoran” romanının həsr edildiyi mövzu cazibədar və inandırıcıdır – kimin yaraşıqlı qəriblə fövqəladə sevgi haqqında fantaziyası yoxdu ki? – lakin, kitab bəzi hissələrdə həvəskar yazı tərzindən əziyyət çəkir. Bir qədər daha çox “göstərmək” və daha az “danışmaq” yaxşı ola bilərdi, xüsusilə, Edvardın sarsıdıcı gözəlliyi və Bellanın ölməz sevgisinə edilən həddəan artıq istinadların bir qədər ixtisarı çox yaxşı olardı.”[44] Bir müddət sonra “Daily Telegraph”da qeyd edildi ki, “Mayerin bu qədər cəfəngiyyat uydura bilməsi heyranedicidir.”[45] Elizabet Hendin “Washington Post”da nəşr edilmiş rəyində isə qeyd edilir ki, “Mayerin nəsri nadir hallrda yararlılıq dərəcəsindən yuxarı qalxır.”[46]

Kitab yarışları redaktə

“Alatoran”, “dini dünyagörüşü”"şiddət təsvirləri” səbəbiylə Amerika Kitabxanaları Assosasiyasının (American Library Association's (ALA)) 2010-cu ilin Ən Çox Müzakirə olunan Kitabların Onluğuna salınmışdır.[47] 2009-cu ildə də roman "cinsəllik məzmunu”, “nəzərə alınmamış yaş həddi”“dini dünyagörüşü” səbəbiylə eyni siyahıya salınmışdır.[48]

Adaptasiyalar redaktə

Film redaktə

border=none  Əsas məqalə: Alatoran (film, 2008)

“Alatoran” romanının film adaptasiyası Summit Entertainment tərəfindən hazırlanmışdır. Ketrin Hardvik tərəfindən ekranlaşdırılmış filmdə əsas rolları Kristen StüartRobert Pattinson canlandırmışlar. Ssenari Melissa Rozenberq tərəfindən işlənmişdir. Film ABŞ kinoteatrlarında 21 noyabr 2008-ci ildə[49] vizyona girmiş, 21 mart 2009-cu ildə DVD formatda satışa çıxarılmışdır.[50] Avstraliyada DVD satışı 22 aprel 2009-cu ildə başlamışdır.

Qrafik roman redaktə

15 iyul 2009-cu ildə “Entertainment Weekly” “Alatoran” romanının qrafik roman adaptasiyası üzərində işlər getməsi haqqında şaiyələri təsdiqlədi. Kitab koreyalı rəssam Yanq Kim tərəfindən hazırlanmış və Yen Press tərəfindən nəşr edilmişdir. Stefani Mayer kitabın hər səhifəsinə şəxsən rəy vermişdir. “EW” jurnalında qeyd edilir ki, “Kitabdakı təsvirlər Kristen Stüart və Rob Pattinsonun rəssam tərəfindən çəkilmiş görüntüləri olmamalı idi, burada yazıçının fantasiyaları və aktyorların real görünüşünün qarışığından əldə edilmiş təsvirlər təqdim edilir.” “EW” jurnalının 17 iyul 2009-cu il nömrəsində, Bella, Edvard və Ceykob obrazlarının yekun təsvirləri də təqdim edilirdi.[51] Qrafik romanın birinci hissəsi 16 mart 2010-cu ildə satışa çıxarılmışdı.[52]

İstinadlar redaktə

  1. "Twilight (Hardcover)". Amazon.ca. 2021-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  2. "Twilight (Paperback)". Amazon.ca. 2008-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  3. Gregory Kirschling. "Stephenie Meyer's 'Twilight' Zone". Entertainment Weekly. 2007-08-02. 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-12.
  4. Mike Russell. "'Twilight' taps teen-vampire romance". Los Angeles Times. 2008-05-11. 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-12.
  5. 1 2 "Her Literary Career - Stephenie Meyer". Time.com. 2010-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  6. 1 2 "Children's Books - New York Times". New York Times. 2007-06-17. 2012-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.
  7. 1 2 Jennifer M. Brown and Diane Roback. "Best Children's Books of 2005". Publishers Weekly. 2005-11-03. 2008-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-01.
  8. "The top 100 titles of 2008". USA Today. 2009-01-14. 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-15.
  9. "Best-Selling Books: The top 100 of 2009". USA Today. January 6, 2010. August 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2011.
  10. Kenneth Turan. "Movie Review: 'Twilight'". LA Times. 2002-11-21. 2008-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-21.
  11. "Twilight (2008)". Box Office Mojo. 2008-11-21. 2016-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.
  12. "Twilight - DVD Sales". The Numbers. 2009-03-22. 2009-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-23.
  13. 1 2 Meyer, Stephenie. Twilight. Little, Brown and Company. 2005.
  14. .Meyer, Stephenie. A Conversation with Shannon Hale, On Endings and Inevitability // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown and Company. 2011. SM:"He's such a pessimist—oh my gosh, Edward‘s a pessimist."
  15. .Meyer, Stephenie. A Conversation with Shannon Hale, On Literary Inspirations // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown and Company. 2011. SH:"...there's something a little Rochestery about Edward for me." SM:"Yeah."
  16. Walker, Michael R. "A Teenage Tale With Bite". Brigham Young University Magazine. Winter 2007. 2008-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-01.
  17. "The Story Behind ''Twilight''". StephenieMeyer.com. 2008-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  18. Meyer, Stephenie. A Conversation with Shannon Hale, On How It All Began // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown and Company. 2011.
  19. Lev Grossman. "Stephenie Meyer: A New J.K. Rowling?". Time. 2008-04-24. 2009-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  20. "BookStories Interview with Stephenie Meyer". BookStories. Changing Hands Bookstore. August 2006. 2012-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  21. Meyer, Stephenie. A Conversation with Shannon Hale, On How It All Began // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown and Company. 2011. SM:...And I finished it around my brother‘s wedding, which was—he just had his anniversary—I think it was the twenty-ninth of August?
  22. Damian Whitworth. "Harry who? Meet the new J.K. Rowling". London: The Times. 2008-05-13. 2008-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  23. 1 2 3 "Stephenie Meyer By the Numbers". Publishers Weekly. 2008-12-05. İstifadə tarixi: 2014-01-30.[ölü keçid]
  24. "Twilight Series - Twilight - Outtakes". StephenieMeyer.com. 2016-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2014.
  25. "What's with the apple?". StephenieMeyer.com. 2012-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  26. Meyer, Stephenie. Frequently Asked Questions, Question A // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown and Company. 2011. It asks if you are going to bite in and discover the frightening possibilities around you or refuse and stay safe in the comfortable world you know.
  27. Trevelyn Jones. "Best Books 2005". School Library Journal. 2005-12-01. 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  28. Rebecca Murray. "Interview with 'Twilight' Author Stephenie Meyer". About.com. 2012-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  29. Cecelia Goodnow. "Debut writer shines with 'Twilight'". Seattle Post-Intelligencer. 2005-10-08. İstifadə tarixi: 2014-01-30.
  30. "Stephenie Meyer". Waterstone's. 2009-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  31. "USA Today's best-selling books of last 15 years". USA Today. 2008-10-30. 2010-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  32. Mary Cadden. "New star authors made, old ones rediscovered in 2008". USA Today. 2009-01-15. 2009-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  33. "Best-Selling Books: The top 100 of 2009". USA TODAY. January 6, 2010. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  34. "Official Bio". StephenieMeyer.com. 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  35. Amanda Craig. "New-Age vampires stake their claim". London: The Times. 2006-01-14. 2011-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  36. "Editorial Reviews". Amazon.com. 2021-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  37. Hillias J. Martin. "Grades 5 and Up Reviews: October, 2005". School Library Journal. 2005-10-01. 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  38. Norah Piehl. "Review: Twilight". Teenreads.com. 2009-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  39. "Stephenie Meyer's official website — Twilight reviews". 2008-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  40. "Booklist Review at Amazon.com". Amazon.com. 2021-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  41. Christopher Middleton. "Twilight: high school drama with a bloody twist". London: The Daily Telegraph. 2009-08-07. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  42. Jennifer Hawes. "Living a real-life romance". The Post and Courier. 2009-07-13. 2011-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  43. "Kirkus Review at B&N.com". B&N.com. 2009-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  44. Elizabeth Spires. "'Enthusiasm,' by Polly Shulman and 'Twilight,' by Stephenie Meyer". nytimes.com. New York: New York Times. 2006-02-12. 2015-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  45. Brian MacArthur. "100 books that defined the noughties". telegraph.co.uk. London: Telegraph Media Group. 2009-11-13. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  46. Hand, Elizabeth. "Love Bites". The Washington Post. 2008-08-10. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  47. Frequently challenged books of the 21st century, ALA, 2010, 2013-07-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-01-30.
  48. Frequently challenged books of the 21st century, ALA, 2009, 2013-07-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-01-30.
  49. "Stephenie Meyer's official website — Twilight news archive". 2008-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  50. "Summit Home Entertainment's Saturday Release of Twilight Unleashes With Over 3 Million Units Sold" (Press-reliz). Summit Entertainment. 2009-03-22. 2009-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
  51. Tina Jordan. "'Twilight' exclusive: Graphic novel version on the way!". Entertainment Weekly. 2009-07-15. 2009-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
  52. Meyer, Stephenie. "'Twilight' Twilight: The Graphic Novel, Vol. 1". 2011-10-24. 2016-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.

Xarici keçidlər redaktə


Saytda 187 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024