Alaverdi monastırı Haqqinda Melumat - Vikipedia

Alaverdi monastırı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alaverdi monastırı

Alaverdi monastırı (gürc. ალავერდის მონასტერი), Alaverdi kafedral kilsəsi, Alaverdi kilsəsiŞərqi Gürcüstanda, Kaxeti ölkəsindəki Axmeta şəhərindən 25 km məsafədə, Axmeta bələdiyyəsi ərazisində yerləşən və Gürcü pravoslav kilsəsinə aid olan gürcü monastır kompleksi. ХI əsrdə Kaxeti xorepiskopu III Kvirike(fr) (1010 – 1037/38-ci illərdə hakimiyyətdə olub) köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Bəzi hissələri VI əsrə aiddir.

Alaverdi monastırı
ალავერდის მონასტერი
Xəritə
42°01′56″ şm. e. 45°22′37″ ş. u.
Ölkə
Yerləşir Axmeta
Tikilmə tarixi XI əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsənin hündürlüyü 50 m-ə yaxındır, daxili məkanın hündürlüyü 42 m-dən yüksəkdir. Tbilisidəki Müqəddəs Üç Üqnum kilsəsinin(ru) tikilməsinə (1995-2004) qədər Gürcüstandakı ən hündür kilsə idi.

Monastırda XV əsrə aid rəsimlər zamanəmizədək qorunub saxlanılıb.

Alavedi kilsəsi UNESCO-nun "Beynəlxalq İrs" siyahısına daxil eidlmək üçün təqdim edilib[1].

Monastırın əsası nə vaxtsa Antioxiyadan gəlmiş və o vaxtlar Ay məbədində ibadət edən bütpərəslərin dini mərkəzi olmuş kiçik Alaverdi kəndində məskunlaşmış suriyalı rahib İosif (Yoseb, Amba) Alaverdeli tərəfindən qoyulub.

Müasir dövrdə monastır Gürcüstanda ildə bir dəfə keçirilən dini “Alaverdoba” bayramındındə, diqqət mərkəzinə çevrilir. Monastır dünyanın ən köhnə çaxır regionunda yerləşir və burada monarxlar "Alaverdi monastırı" adlanan öz xüsusi növ çaxırlar hazırlayırlar[2].

İstinadlar redaktə

  1. "Alaverdi Cathedral — UNESCO World Heritage Centre/". 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  2. "I Am Wine: Alaverdi Monastery Cellar". 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024