Albert Səfərov Haqqinda Melumat - Vikipedia

Albert Səfərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Albert Səfərov Nurəddinoviç (azərb. Səfərov Albert Nürəddin оğlu‎) — Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi (2007–2021), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010).

Albert Səfərov
Səfərov Albert Nürəddin oğlu
Doğum tarixi
Doğum yeri Aşağı_Ləgər_(Qusar), Qusar rayonu
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı şəhəri
Dəfn yeri Qusar rayonu, Aşağı Ləgər kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti ləzgi
Dini islam
İxtisası Dəmir yolu mühəndisi
Fəaliyyəti Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2010

Həyatı redaktə

Səfərov Albert Nurəddin oğlu 06.05.1956-cı ildə Azərbaycan Respublikası, Qusar rayonunun, Aşağı Ləgər kəndində anadan olub.1963–1973-cü illərdə Aşağı Ləgər kənd orta məktəbində təhsil alıb.

1974-cü ildə Bakı Dəmiryol Nəqliyyat texnikomuna daxil olub və 1980-cı ildə " Vaqon təsərrüfatı " ixtisası üzrə həmin texnikomu bitirib.

İlk iş fəaliyyətinə 1978-ci ildə Bakı Vaqon Deposunda çilingər vəzifəsilə başlayıb,1980–1986-cı illərdə vaqon baxıcısı kimi işini davam etdirib.1986–1994-cü illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda eyni vəzifədə çalışıb.

1995-ci ildə Azərbaycan Texniki Universitetinin "Lokomotiv və Vaqon təsərrüfatı" fakultəsinə qəbul olub,1999-cu ildə bitirib.2005-ci ildə həmin universitetdə Magistr təhsili alıb.

1994–1995-ci illər ərzində Keşlə Vaqonların Təmiri Konteyner Deposundatexniki məntəqənin rəisi təyin edilib.1995–1997-ci illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda rəisi işləyib.

1997–1999-cu illərdə Bakı Bələdçilər Ehtiyatının rəisi vəzifəsində işləyib.

1999–2007-ci illərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının rəisi olub.

2007–2010-cu illərdə "Qəza Bərpa Qatarı"MMC-nin rəisi,

2010-cu ildən 31.03.2021-ci ilədək Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəisi vəzifəsində çalışıb.

İşlədiyi müddət ərzində keçmiş dövrün müxtəlif mükafatları ilə təltif olunmuşdur.

Təltifləri redaktə

21 oktyabr 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dəmir Yolunun 130 illik yubileyi ilə əlaqədar ölkənin nəqliyyat sisteminin inkişafında xidmətlərinə görə Səfərov Albert Nurəddinoviçi "Əməkdar Mühəndis" fəxri adı ilə təltif etmişdir.

İstinadlar redaktə

"Fövqəladə Hallar Qatarı" MMC-nin yeni istehsalat bazası istismara verilib

Xarici keçidlər redaktə


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024