Aleksandr İşein Haqqinda Melumat - Vikipedia

Aleksandr İşein Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aleksandr İşşein

(Aleksandr İşein səhifəsindən istiqamətləndirilmişdir)

Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl10 iyun 2021[1], Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu.

Aleksandr İşşein

Orijinal adı
Александр Геннадьевич Ищеин
KilsəRus Pravoslav Kilsəsi
YeparxiyaBakı yeparxiyası
Təyin edilib28 dekabr 1998 (Bakı və Xəzərsahili yepiskopu kimi)
22 mart 2011 (Bakı və Azərbaycan yepiskopu kimi)
18 iyul 2012 (Bakı-Azərbaycan arxiyepiskopu kimi)
SələfValentin (Mişuk)
Təyinatlar
Təyinat14 yanvar 1999
Təqdis1975
Antoni (Zavroqodniy) tərəfindən
RütbəArxiyepiskop
Şəxsi məlumatlar
Doğum13 iyun 1952(1952-06-13)
Yaroslavl, RSFSR, SSRİ
Vəfat10 iyun 2021(2021-06-10)[1] (68 yaşında)
Yaşadığı yerBakı, Azərbaycan
TəhsiliMoskva Teoloji Akademiyası
"Şöhrət" ordeni "Dostluq" ordeni (Azərbaycan)

Həyatı redaktə

13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü idi[2].

Arxiyepiskop Aleksandr 10 iyun 2021-ci ildə Covid-19 infeksiyasının yaratdığı fəsadlardan vəfat etmişdir.[3] O, 13 iyun tarixində Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.[4]

Mükafatları redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 http://www.patriarchia.ru/db/text/5819043.html.
  2. Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine. scwra.gov.az, 27.12.2018  (az.)
  3. "Arxiyepiskop Aleksandr İşşein koronavirusdan vəfat etdi". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
  4. "Aleksandr Ata I Fəxri xiyabanda dəfn olundu". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.
  5. https://azertag.az/xeber/AGISEININ_SOHRAT_ORDENI_ILA_TALTIF_EDILMASI_HAQQINDA__AZARBAYCAN_RESPUBLIKASI_PREZIDENTININ_FARMANI-962868
  6. "Aleksandr İşein "Dostluq" ordeni ilə təltif edilib - Trend.az". 2012-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023