Aleksandr İmiç Haqqinda Melumat - Vikipedia

Aleksandr İmiç Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aleksandr Herbert İmiç (4 fevral 1903, Çenstoxova8 iyun 2014[1], Manhetten, Nyu-York, ABŞ) — Polşa və ABŞ kimyaçısı, parapsixoloqu, zooloqu, yazıçısıNyu-Yorkda yerləşən Anomaliyaların Tədqiqatı Mərkəzinin keçmiş prezidenti.

Aleksandr İmiç
Doğum adı Aleksander Herbert Imich
Александр Иосифович Имих
Doğum tarixi 4 fevral 1903(1903-02-04)
Doğum yeri
Vəfat tarixi 8 iyun 2014(2014-06-08)[1] (111 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
Təhsili

İmiç 112 yaşlı italyan Arturo Likatanın vəfatından sonra — 24 aprel 2014-cü ildə, 111 yaşında ikən dünyada sağ qalmış ən qoca kişi olmuş[2][3][4] və bu səbəbdən də adını Ginnesin Rekordlar Kitabına yazdıra bilmişdi. Bu hadisədən təxminən bir ay sonra İmiç dünyasını dəyişmişdir.

Aleksandr İmiç həm də Sovet-Polşa müharibəsinin iştirakçılarından həyatda qalmış ən sonuncu şəxs idi.

Həyatı redaktə

Aleksandr İmiç 1903-cü ildə Polşanın Çenstoxova şəhərində yəhudi ailəsində dünyaya göz açıb. O, 15 yaşında olarkən bolşeviklərə qarşı mübarizə aparmaq məqsədilə sinif yoldaşları ilə birlikdə Polşa qüvvələrinə qoşulmuşdu.[5] Deyilənə görə, onun böyük qardaşı avtomobil bölməsində təlimatçı vəzifəsində çalışıb. Ona görə də İmiç bolşevik qüvvələri geri çəkilənə və özü də məktəbə qayıdana qədər qardaşından Polşa ordusu üçün yük maşınlarını sürməyi öyrənmişdi.[6]

Elmi fəaliyyəti redaktə

İmiç 1929-cu ildə Krakovda yerləşən Yagellon Universitetində zoologiya üzrə fəlsəfə doktoru dərəcəsi qazanmış,[6] lakin bu sahədə akademik mövqe tapa bilmədiyi üçün kimya sahəsinə keçmişdi. O, 1920–1930-cu illərdə Polşa Psixi Tədqiqatlar Cəmiyyəti üçün bəzi araşdırmalar aparmış və 1932-ci ildə "Zeitschrift für Parapsychologie" adlı alman jurnalında hesabat dərc etdirmişdi. Lakin onun bu tədqiqatla bağlı dərc olunmamış bütün qeydləri və fotoşəkilləri İkinci Dünya müharibəsi zamanı itmişdi.[7]

Aleksandr İmiçin adı hələ 1933–1934-cü illərdə ingilis dilində nəşr edilmiş psixologiyaya aid bir neçə kitab və jurnalda hallanırdı.[8][9][10]

İkinci Dünya müharibəsində redaktə

İkinci Dünya müharibəsi zamanı Aleksandr həyat yoldaşı Vela ilə Sovet ordusunun nəzarət etdiyi Belostok şəhərinə qaçmış və burada kimyaçı kimi işə düzəlmişdi.[11] Cütlük daha sonra SSRİ vətəndaşlığını qəbul etməkdən imtina etdiyi üçün müharibə müddətində islah-əmək düşərgəsində saxlanılmışdı. Nəhayət, onlar azad edilmiş və 1951-ci ildə ABŞ-yə mühacirət etməyi seçmişdilər; çünki onların, demək olar ki, bütün polyak qohumları və dostları Holokostda öldürülmüşdü.

ABŞ-dəki həyatı redaktə

1952-ci ildə Aleksandr və Vela ABŞ-yə mühacirət etmiş, əvvəlcə Pensilvaniyada, sonra isə Nyu-Yorkda yaşamış və mütəmadi olaraq hər iki ştata da gedib-gəlmişdilər. Pul qazanmaq üçün Aleksandr əvvəlcə kimya ilə məşğul olmuş, lakin 1965-ci ildə Vela psixoloq kimi karyera qurduqdan sonra o da parapsixologiya sahəsinə keçmişdi.[4] 1986-cı ildə Vela vəfat etdikdən sonra da Aleksandrın parapsixologiyaya olan marağı bitməmiş, hətta əksinə bu sahədəki araşdırmalara görə davamlı olaraq bir neçə il ərzində tədqiqatçılara İmiç mükafatını təqdim etmişdi. Bu mükafatlandırma İmiç maliyyə problemləri yaşayana qədər təkrarlanmışdı.[11]

İmiç bu sahədə jurnallar üçün çoxsaylı məqalələr yazırdı. O, 1995-ci ildə "Bramble Books" nəşriyyatı tərəfindən dərc olunan "Paranormalın inanılmaz nağılları" kitabını redaktə etmişdi. O, əsas elm adamlarına və geniş ictimaiyyətə paranormal hadisələrin reallığını nümayiş etdirmək məqsədilə 1999-cu ildə Anomaliyaların Tədqiqatı Mərkəzini qurdu.[12] 2012-ci ildə isə İmiç paranormal hadisələrlə bağlı araşdırmalarının qeydlərini Manitoba Universitetinin Arxivlər və Xüsusi Kolleksiyalar Departamentinə təhvil verməyə başladı.[4]

Aleksandr ad günündə,[13] ya da ondan qısa müddət öncə yıxıldığına görə 111 yaşını Nyu Yorkdakı Ruzvelt Xəstəxanasında keçirmişdi.[14] Xəstəxanadan buraxıldıqdan sonra İmiç 2014-cü ilin aprel ayının sonu, may ayının əvvəlində 111 yaşını qeyd etmişdi.[13] 2014-cü ilin aprelində Aleksandrın köməkçisi ravvin Pinni Marozova Aleksandr İmiçin daha bir neçə il yaşaya biləcəyini söyləmişdi ki bu da İmiçin həmin müddət ərzində səhhətinin hələ də yaxşı olduğunu göstərirdi.[15]

Təxminən bir ay yarım dünyanın ən yaşlı insanı olan Aleksandr İmiç 8 iyun 2014-cü ildə səhər saat 09:03-də 111 yaşında təbii səbəblərdən vəfat etdi.[16] Onu dünyanın ən yaşlı adamı kimi Yaponiya sakini Sakari Momoi əvəzlədi. Sakari 5 fevral 1903-cü ildə, Aleksandrdan cəmi bir gün sonra anadan olmuşdu.[16] İmiç uzunömürlü olmasını yaxşı genetika, doğru qidalanma və idmanla, həmçinin övladının olmaması ilə əlaqələndirirdi.[17] İmiç ölümündən sonra öz bədənini tibbi araşdırmalar üçün Çikaqoda yerləşən Sina Dağı Tibb Mərkəzinə bağışlamışdı.[18]

İstinadlar redaktə

  1. 1 2 World’s Oldest Man, Though Only Briefly, Dies at 111 in New York. The New York Times.
  2. Sarafraz, Beth. "Meeting Alexander Imich, 111-Years Old" (ingilis). The Jewish Press. 28 February 2014. 27 avqust 2023 tarixində arxivləşdirilib.
  3. Rubenstein, Mindy. "Rabbi Meets Oldest Man in America, Resulting in a Flurry of Good Deeds" (ingilis). Chabad.org. 26 March 2014. 27 avqust 2023 tarixində arxivləşdirilib.
  4. 1 2 3 "University of Manitoba Libraries: Alexander Imich profile". University of Manitoba Archives. avqust 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyun 9, 2014.
  5. Kutzik, Jordan. "Alexander Imich, Czar's Last Bar Mitzvah Boy" (ingilis). The Forward. 10 June 2014. 27 August 2023 tarixində arxivləşdirilib.
  6. 1 2 Halper, Lyn. Mystic Souls: Nineteen Remarkable People Tell Their Stories. IUniverse. 2002. 129–130. ISBN 0595228917.
  7. Imich, Alexander. Incredible Tales of the Paranormal: Documented Accounts of Poltergeist, Levitations, Phantoms, and the Phenomena. Bramble Books. 1995. ISBN 978-1883647032.
  8. Leaves from a Psychist's Case-book. V. Gollancz. 1933. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  9. Journal of the Society for Psychical Research. Society for Psychical Research. 1933. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  10. The Journal of the American Society for Psychical Research. American Society for Psychical Research. 1934. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  11. 1 2 Miller, Winter. "Still Pursuing a Lifetime's Worth of Interests at 104" (ingilis). The New York Times. 27 November 2007. 27 August 2023 tarixində arxivləşdirilib.
  12. Imich, Alexander. "Who Will Create the New Nobel Prize?" (PDF). The Mindshift Institute. 2002. Archived from the original on 27 August 2023.
  13. 1 2 Blumenthal, Ralph. "An Ever-Curious Spirit, Unbeaten After 111 Years" (ingilis). The New York Times. 4 May 2014. 21 September 2023 tarixində arxivləşdirilib.
  14. Sarafraz, Beth. "Meet Alexander Imich, oldest man in America" (ingilis). Heritagefl.com. 4 April 2014. 27 August 2023 tarixində arxivləşdirilib.
  15. "Alexander Imich, World's Oldest Man, Passes Away at 111" (ingilis). Chabad.org. June 2014. July 2023 tarixində arxivləşdirilib.
  16. 1 2 Bordonaro, Lori. "Oldest Man in the World Dies in New York at 111" (ingilis). NBC New York. 8 June 2014. 5 August 2023 tarixində arxivləşdirilib.
  17. Walsh, James. "The secrets of living to a ripe old age" (ingilis). The Guardian. 10 June 2014. 9 November 2023 tarixində arxivləşdirilib.
  18. Blumenthal, Ralph. "World's Oldest Man, Though Only Briefly, Dies at 111 in New York" (ingilis). The New York Times. 9 June 2014. 17 December 2023 tarixində arxivləşdirilib.

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024