Alevrit Haqqinda Melumat - Vikipedia

Alevrit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alevrit — ölçüləri əsasən 0,01-0,1 mm (bəzi müəlliflərə görə, 0,005-0,05 mm) olan mineral dənələrdən (kvars, çöl şpatı, mika və b.) ibarət yumşaq, xırdaqırıntılı çöküntü. Üstünlük təşkil edən dənələrin ölçülərindən asılı olaraq iri alevrit (0,05-0,1 mm), xırda və ya incə alevrit (0,01-0,05 mm) növləri ayrılar. Sinonim: Silt.

Alevrit çöküntüləri redaktə

Alevrit çöküntüləri tərkibi əsasən 0,01-0,1mm ölçülü hissəciklərdən təşkil olunmuş çöküntülər. Termin qranulometrik tərkibi göstərir.

Alevrit fraksiyası redaktə

Alevrit fraksiyası alevrit ölçülü qırıntılı dənələrindən təşkil olun­muş çöküntü süxurun əsas tərkib hissəsi.

Alevrit quruluşu redaktə

Alevrit quruluşu alevrit ölçülü dənələrdən təşkil olunmuş xırda qırıntılı süxurların quruluşu. Üstünlük təşkil edən qırıntıların ölçülərinə görə iri alevrit (0,05¸0,1 mm) və xırda alevrit (0,01¸0,05 mm) quruluşları ayırırlar. Alevrit quruluş xırda qırıntılı çöküntü süxurların (alevrit, alevrolit və lösslər,  bəzi piroklastik süxurlar) yumşaq və sementləşmiş növləri üçün səciy­yəvidir.

Alevrolit redaktə

Alevrolit Baturin, 1935 - 50%-dən çox hissəsi alevrit ölçülü (0,01-0,1 mm)  (başqa müəlliflərə görə, 0,05-0,005 mm) hissəciklərdən təşkil olunmuş sementləşmiş çöküntü süxur.

Mənbə redaktə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Saytda 229 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024