Alfred Culs Ayer Haqqinda Melumat - Vikipedia

Alfred Culs Ayer Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alfred Culs Ayer (ing. Alfred Jules Ayer; 29 oktyabr 1910[1][2][…], London27 iyun 1989[1][2][…] və ya 26 iyul 1989[3], London) — İngiltərə neopozitivist filosofu,[5] analitik fəlsəfənin nümayəndəsi. O, bəzi mənbələrə görə, XX əsrin ortalarının aparıcı filosoflarından biridir.[6] Ayer Vyana dairəsinin ideyalarını təbliğ edirdi. Onun sonrakı əsərləri linqvistik fəlsəfəyə meyllə səciyyələnir.[7]

Alfred Culs Ayer
ing. A. J. Ayer
Doğum tarixi 29 oktyabr 1910(1910-10-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 iyun 1989(1989-06-27)[1][2][…] (78 yaşında) və ya 26 iyul 1989(1989-07-26)[3] (78 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
İstiqaməti ateizm
Əsas maraqları epistemologiya[4], etika[4], fəlsəfə[3]
Təsirlənib Bertran Rassel[4], Qilbert Rayl[4]

Həyatı redaktə

Alfred Culs Ayer 29 oktyabr 1910-cu ildə Birləşmiş Krallıqda, İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Onun anası Reyne Sitroen Fransada avtomobil şirkətinə sahib olan məşhur hollandiyalı yəhudi Sitroen ailəsindən idi, atası Jül Ayer isə İsveçrə əsilli idi və Rotşildlər ailəsinin maliyyə institutlarında işləyirdi.[8]

Culs Oksford Universitetinə bağlı İtonKrayst-çerç kolleclərində təhsil almışdır. O, bir il Vyanada qaldıqdan və orada Vyana dairəsinin pozitivist proqramı ilə tanış olduqdan sonra 1933-cü ildə Krayst-çerç kollecində müəllimlik fəaliyyətinə başlamışdır. Culs "Tottenhem Hotspur" futbol klubunun azarkeşi olmuşdur.

Alfred Culs Ayer 27 iyun 1989-cu ildə, 78 yaşında Londonda vəfat etmişdir.

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Lundy D. R. Sir Alfred Jules Ayer // The Peerage (ing.).
  3. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. 1 2 3 4 Collinson D. Biographical Dictionary of Twentieth-Century Philosophers (ing.). 1996. ISBN 978-0-415-06043-1
  5. Айер Arxivləşdirilib 2012-06-24 at the Wayback Machine, см. также энциклопедию «Кругосвет» (ссылка ниже)
  6. Никоненко С. В. Аналитическая философия: основные концепции. — СПб: Изд-во СПбГУ, 2007. — С. 131
  7. Энциклопедический словарь. 2009. Айер Алфред Джулс.
  8. "A. J. Ayer: A Life". 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.

Əlavə ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024