Alisa Battenberq Haqqinda Melumat - Vikipedia

Alisa Battenberq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktoriya Alisa Yelizaveta Yuliya Mariya fon Battenberq (alm. Victoria Alice Elizabeth Julia Marie von Battenberg‎; 25 fevral 1885[1][2][…], Vindzor sarayı, Vindzor[d]5 dekabr 1969[3][1][…], Vestminster borosu, London) — Battenberq sülaləsindən olan Almaniya şahzadəsi, Yunanıstan və Danimarka şahzadəsi Andreyin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filipin anası, Birləşmiş Krallıq kraliçası II Yelizavetanın qayınanası, Kral III Çarlzın ata tərəfdən nənəsi,

Alisa Battenberq
isv. Victoria Alice Elizabeth Julia Marie av Battenberg
Şəxsi məlumatlar
Doğum adı Prinsessan Viktoria Alice Elisabet Julia Maria av Battenberg
Doğum tarixi 25 fevral 1885(1885-02-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1969(1969-12-05)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Corc kilsəsi[d]
Anası Viktoriya (Hessen və Reyn şahzadəsi)[4]
Uşaqları
Hərbi xidmət
Döyüşlər

Təltifləri Kral Qırmızı Xaç Order of Saints Olga and Sophia Dame of the Order of Queen Maria Luisa Müqəddəs Yekaterina ordeni Queen Victoria Golden Jubilee Medal
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kraliça Viktoriyanın nəvəsinin qızı olan Alisa Vindzor qəsrində anadan olmuş və Birləşmiş Krallıq, Almaniya və Maltada böyümüşdür. Mənşəcə Hessen şahzadəsi olan Alisa Hessen-Darmştadt sülaləsinin morqanatik qolu olan Battenberq ailəsinin üzvü idi. O, anadangəlmə kar idi. Alisa 1903-cü ildə Yunanıstan və Danimarka şahzadəsi Andrey ilə evləndikdən sonra ərinin tərzini mənimsəyərək Yunanıstan və Danimarka prinsesi Andrey olmuşdur. O, 1917-ci ildə Yunanıstan kral ailəsinin əksəriyyətinin sürgün edilməsinə qədər Yunanıstanda yaşamışdır. Alisa bir neçə ildən sonra Yunanıstana qayıtmış, lakin sonra əri Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) zamanı ölkənin məğlubiyyətində qismən günahlandırılmış və ailə 1935-ci ildə Yunanıstan monarxiyasının bərpa edilməsinə qədər yenidən ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

1930-cu ildə prinses Andrey şizofreniya diaqnozu qoyulmuşdur və o, İsveçrədəki sanatoriyaya göndərilmiş, ərindən ayrı yaşamışdır. Prinses Andrey sağaldıqdan sonra ömrünün qalan hissəsinin böyük bir qismini Yunanıstanda xeyriyyəçilik işlərinə həsr etmişdir. O, İkinci Dünya müharibəsi illərində Afinada qalmış, burada yəhudi qaçqınlarına sığınacaq vermişdir. O, buna görə İsrailin rəsmi Holokost memorial qurumu olan Yad Vaşem tərəfindən "millətlər arasında saleh" adlandırılmışdır. Müharibədən sonra prinses Andrey Yunanıstanda qalmış, Marfa və Məryəmin Xristian Bacılığı kimi tanınan yunan pravoslav rahibə ordenini qurmuşdur.

Əlavə ədəbiyyat redaktə

  • Bradford, Sarah, King George VI, London: Weidenfeld and Nicolson, 1989, ISBN 0-297-79667-4
  • Clogg, Richard, A Short History of Modern Greece, Cambridge: Cambridge University Press, 1979, ISBN 0-521-22479-9
  • Eilers, Marlene A., Queen Victoria's Descendants, Baltimore, Maryland: Genealogical Publishing Co., 1987
  • Macmillan, Harold, War Diaries, London: Macmillan, 1984, ISBN 0-333-39404-6
  • Ruvigny, Marquis of, The Titled Nobility of Europe, London: Harrison and Sons, 1914
  • Van der Kiste, John, Kings of the Hellenes, Stroud, Gloucestershire, England: Alan Sutton Publishing, 1994, ISBN 0-7509-0525-5
  • Vickers, Hugo, Alice, Princess Andrew of Greece, London: Hamish Hamilton, 2000, ISBN 0-241-13686-5 (The official biography by Vickers is the only English-language book-length biography of Princess Alice. Library of Congress catalog and British Library catalog; accessed on 8 may 2009.)
  • Woodhouse, C. M., The Story of Modern Greece, London: Faber and Faber, 1968
  • Ziegler, Philip, Mountbatten, London: Collins, 1985, ISBN 0-00-216543-0

İstinadlar redaktə

  1. 1 2 3 4 of, Alice Battenberg // TracesOfWar.
  2. 1 2 Alice // Munzinger Personen (alm.).
  3. 1 2 Lundy D. R. Victoria Alice Elisabeth Julie Marie Mountbatten, Princess of Battenberg // The Peerage (ing.).
  4. 1 2 3 Kindred Britain.

Xarici keçidlər redaktə


Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024