Almalıdağ Haqqinda Melumat - Vikipedia

Almalıdağ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Almalıdağ - Şahbuz rayonu ərazisində dağ (hünd. 2155,9 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə ayrılan Təkəlik qolunun Naxçıvançayın KüküQapıdaşqara (İşgəsuçay) sağ qollarının suayırıcısını təşkil edən cənub-qərb istiqamətli Zırnel şaxəsində    zirvə. Qızıl Qışlaq kəndindən  2 km şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklik. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən şimal-qərb istiqamətli eyniadlı antiklinal qırışığın tağ hissəsində yerləşir. Zirvəyamaclarında şimal-şimal-qərbşimal-şərq istiqamətli faylar izlənilir. Cənub yamacında eyniyaşlı andezit-porfirit tərkibli subvulkanik kütlə açılır.[1]

Almalıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Dərələyəz silsiləsi
Mütləq hündürlüyü 2155,9 m
Yerləşməsi
39°29′30″ şm. e. 45°37′50″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət
Almalıdağ xəritədə
Almalıdağ
Almalıdağ

İstinadlar redaktə

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax redaktə


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024