Almaxanım Haqqinda Melumat - Vikipedia

Almaxanım Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Almaxanım Vüqar qızı Əhmədli (18 avqust 2001, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin solisti, VI Muğam Televiziya Müsabiqəsinin qalibi.

Almaxanım
Almaxanım Vüqar qızı Əhmədli
Ümumi məlumatlar
Doğum tarixi (22 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Vüqar Əhməd
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2014—h.h.[1]
Janrlar Pop, Folk
Musiqi alətləri Qaval, kamança
Təhsili AMK, ADMİU[2]
Mükafatları "Qran Pri" mükafatı[3]
almaxanim.az

Həyatı redaktə

Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub.[4] 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.[5]

Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.

Fəaliyyəti redaktə

  • Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
  • Almaxanım Əhmədli 2023-cü il, 21 Oktyabrda ABŞ-nın Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert vermişdir.
  • 2023-ci il 29 May Heydər Əliyev Sarayında Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub[6]
  • 2023-ci il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib[7]
  • 2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir[8]
  • 2022-ci il 28-29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir[9]
  • 2021-ci ildə Moskvada konsert proqramında çıxış edib[10]
  • 2019-cu ildə Qüdsdə solo konsert verib[11]
  • 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib[12]
  • 2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib[13]
  • V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb[14]
  • 2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.[15]
  • 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur.[3] Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir.[16]
  • 2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir.[17] Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.[18]
  • 2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.[19]
  • 2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.[1]


Diskoqrafiya redaktə

Albomlar redaktə

Tarix Albom
2014 Qarabağ[mənbə göstərin]
2020 Azərbaycanım[20]

Sinqllar və Kliplər redaktə

2023 Yuxum Çin Olmaz
2023 Sevir Məni
2022 Eşq
2020 Selam Söyleyin
2020 Dünya qapını aç
2021 Unutdum
2016 Sevim sevməyim
2020 Sən olaydın
2020 Selam söyleyin
2021 Aşiqəm

Konsertlər redaktə

Tarix Məkan
2023 Heydər Əliyev Sarayı[21]
2022 Beynəlxalq Muğam Mərkəzi[22]
2022 Beynəlxalq Muğam Mərkəzi[23]
2017 Beynəlxalq Muğam Mərkəzi
2018 Düşənbə[24]
2019 Qüds[25]
2021 Moskva[26]

İstinadlar redaktə

  1. 1 2 "Gənc ifaçının hələ 13 yaşındaykən muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görüb". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  2. "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  3. 1 2 "Almaxanım Əhmədli "Muğam televiziya müsabiqəsi"nin Qran-pri mükafatına layiq görülüb". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  4. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  5. "Arxivlənmiş surət". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  6. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  7. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
  8. "Arxivlənmiş surət". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  9. "Arxivlənmiş surət". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  10. "Arxivlənmiş surət". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  11. "Almaxanım Əhmədli Qüdsdə solo konsert verib". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  12. "Tacikistanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert keçiriilib". 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  13. "Almaxanımın ilk solo konserti". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  14. "V Respublika Muğam Müsabiqəsi başa çatıb". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  15. "Altıncı Muğam Televiziya Müsabiqəsinin qalibi-baş mükafatçısı Almaxanım Əhmədli AZTV-nin solisti olacaq". 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  16. "Altıncı "Muğam televiziya müsabiqəsi" başa çatıb". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  17. Almaxanım Əhmədli: — "İlk dəfə ATV telekanalında efirə çıxmağımı heç vaxt unutmayacam" Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine
  18. "Almaxanım Əhmədli: "Şou-biznes mənlik deyil"". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  19. "Arxivlənmiş surət". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
  20. https://adalet.az/w199268/almaxanim-ehmedlinin-quotazerbaycanimquotnbspadli-diski-isiq-uzu-gorub-2020-10-08-151743
  21. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.
  22. https://www.mustaqil.az/?p=92824
  23. https://moderator.az/read/522288
  24. "Arxivlənmiş surət". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
  25. https://rakus.az/almaxanim-ehmedli-qudsde-solo-konsert-verdi
  26. https://medeniyyettv.az/az/news/2364/moskvada-susanin-daglari-basi-dumanli-adli-mugam-gecesi-teskil-olunub

Mənbə redaktə

Xarici keçidlər redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024