Altay dilləri Haqqinda Melumat - Vikipedia

Altay dilləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Altay dilləriUral-Altay dillərinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta ŞərqOrta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir.

Haqqında redaktə

Altay dil ailəsi türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır:

Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır.

Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir.

Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauztürk dillərindən təşkil olunmuşdur.

Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü polovespeçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, xakas, şor, qaraqas, orxon habelə qədim uyqur ölü dili şimal-şərq dilinə aiddir.

Çingiz xanın imperiyasının dağılmasından sonra bir vaxtlar vahid olan monqol dili dialektlərə ayrılır və sonralar inkişaf edib müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir.

Altay dillərinin qollari.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024