Ameraukana Haqqinda Melumat - Vikipedia

Ameraukana Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ameraukana — Amerika cinsi toyuq cinsidir. 1970-ci illərdə ABŞ-də seleksiya yolu ilə hazırlanmışdır. Çilidən gətirilən Araukana toyuqlarından qaynaqlanır. Mavi yumurta genini qorumaq şərti ilə, ana cinsinin ölümcül allellərini aradan qaldırmaq üçün yetişdirilir. Həm standart ölçülü, həm də bantam versiyaları mövcuddur[1].

Tarixi redaktə

Ameraukana 1970-ci illərdə ABŞ-də Çilidən gətirilən Araukana toyuqlarından inkişaf etdirilmişdir[2]. Bu cins Amerika Quşçular Birliyinin 1984-cü ildə Mükəmməllik Standartına əlavə edilmişdir. Adı "Amerika" və "Araukana" sözlərininin birləşməsindən ortaya çıxmışdır.

Ameraukana ABŞ-də Araucanadan ayrı bir cins olaraq tanınır. Avstraliyaİngiltərə də daxil olmaqla, bəzi digər ölkələrdə Araukananın həm quyruqlu, həm də hamar lələkli variantları tək cins hesab olunur[3].

Xüsusiyyətləri redaktə

Səkkiz rəng variantı Amerika Mükəmməllik Standartında tanınır: qara, mavi, mavi buğdayı, qəhvəyi qırmızı, gümüşü, buğdayı və ağ.

İstinadlar redaktə

  1. APA Recognized Breeds and Varieties: As of January 1, 2012. American Poultry Association. Archived 4 November 2017.
  2. Carol Ekarius (2007). Storey's Illustrated Guide to Poultry Breeds. North Adams, Massachusetts: Storey Publishing. p. 38–39.
  3. Gail Damerow. The Chicken Encyclopedia: An Illustrated Reference. North Adams, MA: Storey Publishing. 2012. səh. 11. ISBN 9781603427760. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024