Amil spirti Haqqinda Melumat - Vikipedia

Amil spirti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur.

Izomerləri redaktə

Amil spirtinin izomerləri redaktə

Amil spirtinin izomerləri
Tarixi adları Quruluşu Təsnifatı Beynəlxalq nomenklatura ilə adlandırılması Qaynama temperaturu(°C)[1]
Pentanol-1 və ya normal amil spirti   birli Pentanol-1 138,5
2-metil-1-butanol   birli 2-metil butanol-1 128,7
3-metil-1-butanol və ya izoamil spirti və ya izopentil spirti   birli İzoamil spirti 131,2
2,2-dimetil-1-propanol və ya neopentil spirti   birli 2,2-Dimetipropanol 113,1
2-pentanol və ya sek-amil spirti və ya metil n-propil karbinol   İkili Pentanol-2 118,8
3-Metil-2-butanol sek-izoamil spirti və ya metil izipropil karbinol   İkili 3-metilbutanol-2 113,6
3-Pentanol   İkili Pentanol-3 115,3
2-metil-2-butanol   Üçlü 2-Metilbutanol-2 102

Xassələri redaktə

Fiziki xassələri redaktə

Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur.

Kimyəvi xassələri redaktə

Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir:

  • qələvi metallarla alkoqalyatlar əmələ gətiri
  • qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri
  • 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri — müvafiq ketonlara, üçlü amil spirtləri — C -C rabitəsinin qırılması nəticəsində
  • sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s.

Alınması redaktə

Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır.

İzoamil spirti redaktə

Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH . İzoamil spirti sivuş yağının əsas komponentidir və ondan alınır. İzoamil spirti rəngsiz, qaynama temperaturu 132,1 °C, sıxlığı 814 kq/m³, suda az həll olunan, zəhərli; xoşagəlməz qoxulu bir mayedir. Onun buxarları tənəffüs yollarının selikli qişalarını qıcıqlandırır, boğulma və öskürəyə səbəb olur.

Tətbiqi redaktə

Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. Amil spirtinin mürəkkəb efirləri həlledicidir, poliovinilxlorid və asetilselliloza üçün plastifikator, ətriyyatda aromatik maddələr kimi istifadə olunur. ƏMƏYİN MÜHAFİZƏSİ Amil spirti zəhərlidir [3], partlayıcı və yanğın təhlükəlidir [4]. İş sahəsinin [5] havasındakı BBQ 10 mq / m³ (amil spirti, maksimum tək) və 5 mq / m³ (izoamil spirti, maksimum tək) təşkil edir. Qoxu qəbul etmə həddinin dəyəri 300 mq / m³ -dən çox ola bilər [6]. Üstəlik, bəzi insanlar üçün orta dəyərdən əhəmiyyətli dərəcədə yüksək ola bilər. Bu səbəbdən amil spirti ilə işlədikdə filtirasiya sistemlərinə diqqət yetirilməsi tövsiyə olunur. Amil spirtlərindən qorunmaq üçün daha təsirli texnologiya dəyişiklikləri və kollektiv vasitələrdən istifadə edilməlidir.

Qeydlər redaktə

  1. ↑ Амиловые спирты / ред. И. Л. Кнунянц, Н. С. Зефиров. — Москва: Советская энциклопедия, 1988. — Т. 1. Абляционные материалы — Дарзана реакция. — ISBN 5-85270-008-8.
  2. ↑ Calculated boiling points from ChemSpider.
  3. ↑ Чельцова М. А. Амиловые спирты // Большая медицинская энциклопедия : в 30 т. / гл. ред. Б. В. Петровский. — 3 изд. — Москва : Советская энциклопедия, 1974. — Т. 1. А — Антибиоз. — 576 с. — 150 000 экз.
  4. ↑ name=https://docs.cntd.ru_Pentanol[ölü keçid]
  5. ↑ (Роспотребнадзор). № 1695. Пентан-1-ол (Амиловый спирт) ; Пентан-2-ол (изоамиловый спирт) // ГН 2.2.5.3532–18 "Предельно допустимые концентрации (ПДК) вредных веществ в воздухе рабочей зоны" / утверждены А.Ю. Поповой. — Москва, 2018. — С. 117. — 170 с. — (Санитарные правила).
  6. ↑ Pongsuriya Komthong, Shoichi Hayakawa, Tatsuo Katoh, Noriyuki Igura, Mitsuya Shimoda. Determination of potent odorants in apple by headspace gas dilution analysis (англ.) // Swiss Society of Food Science and Technology LWT — Food Science and Technology (Lebensmittel-Wissenschaft und — Technologie). — Elsevier, 2006. — Vol. 39. — Iss. 5. — P. 472–478. — ISSN 0023–6438. — doi:10.1016/j.lwt.2005.03.003.

Mənbə redaktə

  • Химическая энциклопедия в пяти томах. Абл — Дар. — М.: "Советская энциклопедия", 1988. — Т. 1. — 623 с.

İstinadlar redaktə

  1. Calculated boiling points from ChemSpider.

Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024