Anabaptistlər Haqqinda Melumat - Vikipedia

Anabaptistlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anabaptist (yun. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, AvstriyaNiderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyəti icmanın yaşlı üzvlərinin ikinçi dəfə xaç suyuna çəkilməsi idi. İcma üzvləri körpə uşaqların xaç suyuna çəkilməsini qəbul etmədikləri üçün yaşlı insanların bu mərasimi yerinə yetirmələri təkrar hesab olunmurdu.

Avropada orta əsrlərdə Anabaptist cərəyanın yarandığı ərazilər.

Anabaptistlər özlərini qardaşlar və bacılar adlandırırdılar. Anabaptist dini cərəyanın yaranması və formalaşması din xadimi Qrebelin adı ilə bağlıdır. Qrebel Sürix radikal protestantlarının başçısı idi. O, körpələrin xaç suyuna çəkilməsinə etiraz edir və bunun Bibliyaya zidd olduğunu bildirdi. 1527-ci ildə təlimin əsasları işlənib hazırlandı. Ona əsasən yaşlılar açıq tövbə etdikdən sonra xaç suyundan keçməli, günah işlətmiş və tövbə etməmiş icma üzvləri icmadan qovulmalı idi. İcma üzvləri dövlət işindən, orduda quluqdan, silah gəzdirməkdən imtina etməli idilər. Təlimin ehkamlarını katolik və protestant kilsələri tərəfindən rədd edilmişdir. Surix Anabaptistlərinə qarşı katolik kilsəsi tərəfindən bir neçə dəfə dini hərəkatlar təşkil edilmişdir.

Anabaptistlərin əsasən sülhpərəstliyə xüsusi diqqət yetirməyinə baxmayaraq bəzi anabaptist qruplaşmalar katolik və digər protestantların təqiblərinə qarşı silahlanmış və açıq döyüşlərdə iştirak etmişdir. Bu üsyanların ən məşhuru 1534 Münster üsyanıdır. Üsyanın nəticəsində şəhər anabaptistlərin əlinə keçir və tarixdəki yeganə anabaptist dövləti qurulur. Yalnız 1 il mövcud olan Münster anabaptist dominionluğunun varlığına katolik Habsburqlar tərəfindən son qoyulur.

KatoliklikLüteranlıq məzhəblərindən fərqli olaraq anabaptistlər və anabaptizm heç bir dövlət tərəfindən rəsmi dövlət dini elan edilməmişdir. Bunun səbəbi onların kilisənin tam azad olmağını tələb etməsi və kilisə və dünyəvi dövlət arasındakı əlaqələrin dayandırılmağını tələb etmələridir.

Müasir dövrdə anabaptist cərəyanının üzvləri 2 cərəyana bölünmüşdür: Hollandiyalı keçmiş katolik rahibi anabaptist Menno Simmonsun başlatdığı Mennonitlər və "İsveçrə Qardaşları" anabaptist cərəyanından törəyən Amişlər. Münsterli anabaptistlərdən fərqli olaraq bu cərəyanlar şiddət və mühabirələrdən çəkinməyi vacib görür və pasifizmi təbliğ edirlər.Anabaptistlərin əksəriyyəti bu gün Almaniyada,İsveçrədə,Niderlandiyada və Şimali Amerikada yaşayır.

Mənbə redaktə

Ən Son Axtarılanlar

Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_ruansmitting_sundry_statemtrts_relative_to_the Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_contracting_and_logistics_support_during_the_firs Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_transmitting_sundry_statemtrts_relative_to_the Fayl:Message_from_the_Presidrut_of_the_United_States,_ruansmitting_sundry_statemruts_relative_to_the Fayl:Message_from_the_President_of_the_United_States,_enansmitting_sundry_statements_relative_to_the Con_Yakob_Astor Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conenacting_and_logistics_support_during_the_firs Fayl:Development_and_operations_of_the_Soil_Conservation_Service_(IA_CAT10850078).pdf Jozef_Bum List of abunas of Ethiopia Fayl:An_analysis_of_student_perceptions_concerning_insazuctor_effectiveness_at_the_Naval_Postgraduat Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i Fayl:A_survey_of_selected_officer_retrution_and_grade-sttrcture_studies_(IA_surveyofselected00cris). Fayl:The_Childrtr's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa xeberveten-muharibesi-qazisinden-icraya-cavab-deyirsiniz-ki-evinizde-olmusam-sen-menim-evimi-taniyi Fayl:China_(IA_chinagorst00gors).pdf
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024