Anar Şuşalı (kino sənətçisi) Haqqinda Melumat - Vikipedia

Anar Şuşalı (kino sənətçisi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anar Şuşalı (kino sənətçisi)

Anar Şuşalı (tam adı: Həsənov Anar Bəybala oğlu; 1982, Stepanakert) — prodüser, redaktor.

Anar Şuşalı
Anar Bəybala oğlu Həsənov
Doğum tarixi 1982
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Həyatı redaktə

Anar Şuşalı 1982-ci ildə Xankəndi şəhərində anadan olub. 1989-cu ildə Şuşa şəhər 4 N-li orta məktəbə gedib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, ordan isə Bakı şəhərinə köçüb. Orta məktəbini Bakıda fəaliyyət göstərən Ağdam rayon 42 saylı məktəbdə davam etdirib. 2000-ci ildə məktəbi bitirib. Elə həmin il Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qiyabi təhsil aldığı üçün 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 2005-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirib. Təhsil aldığı müddətdə ixtisasına uyğun olaraq işləməyə başlayıb."Azərbaycan yolu" qəzetində müxbir, "Aydın Sabah" qəzetində müxbir, xüsusi müxbir, şöbə müdiri vəzifəsində işləyib. 2005–2007-ci illərdə "Lider" televiziyasının "Azərbaycan" redaksiyasının koordinatoru kimi fəaliyyətini davam etdirib. 2007-ci ilin dekabr ayından 2009-cu ilin aprel ayınadək "MZ" pradakşnda baş prodüser vəzifəsində çalışıb. 2009-cu ildən 2010-cu ilin yanvar ayının 31-nə dək "DRAYV" Pradakşn-ın kommersiya direktoru işləyib. 2010-cu ilin fevral ayının 2-dən 2016-cı ilin iyun ayına dək ANS televiziyasında "Marş" hərbi verilişin prodüseri işləyib. 2016-cı ilin dekabr ayından Lider televiziyasında yayımlanan "Əsgər andı" hərbi verilişin layihə rəhbəri və aparıcısıdır.2018-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək ATV telekanalında redaktor vəzifəsində çalışıb. 2019-cu ilin aprel ayının 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində baş redaktorun müavini, 2019-cu ilin noyabır ayında isə "Ekstrim" qrupun rəhbəri vəzifəsində işləyir. 2020-ci ilin oktybar ayında Ağdam rayonunun Bənövşələr qəsəbəsində cəbhəboyu zonada reportaj hazırlayarkən Ermənistan hərbi birləşmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.[1] 2022-ci ilin aprel ayında öz xahişi ilə Azərbaycan televiziyasından ayrılıb. Fəaliyyətini Real TV-də davam etdirməyə başlayıb.

Filmoqrafiya redaktə

  1. "Hacı Mail" nağılı... (film, 2005)
  2. "And Yerimiz Vətən" Hərbi vətənpərvərlik verilişi (2005)
  3. Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
  4. Azərbaycan Respublikasının mayakları (film, 2006)
  5. Bakı bağları. Buzovna (film, 2007)
  6. Bakı bağları. Hövsan (film, 2007)
  7. Bakı bağları. Maştağa (film, 2007)
  8. Bakı bağları. Mərdəkan (film, 2007)
  9. Bakı bağları. Nardaran (film, 2007)
  10. Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
  11. Bakı bağları. Saray. Goradil (film, 2007)
  12. Bakı bağları. Şüvəlan (film, 2007)
  13. Bakı bağları. Türkan (film, 2007)
  14. Bakı bağları. Zirə (film, 2007)
  15. Bakı xoreoqrafiya məktəbi 2005 (film, 2005)
  16. Böyük ömrün 7 anı (film, 2007)
  17. Dəniz borcu qaytarır (film, 2006)
  18. Ərənlər (film, 2005)
  19. Əziz Əliyev (film, 2007)
  20. İkinci Dünya müharibəsi və Azərbayca (film, 2005)
  21. İllər varlığımdırsa... (film, 2006)
  22. Lider əsgər (veriliş, 2007)
  23. Seçilmişlər (film, 2007)
  24. Təbiətin xilaskarı (film, 2007)
  25. Uğur formulu (film, 2007)
  26. Vətən Sağ olsun! hərbi vətənpərvərlik verilişi (2007)
  27. Liderin Ardınca (2008)
  28. Forsaj Avtomobillər haqqında veriliş (2009 - 2010)
  29. Marş Hərbi vətənpərvərlik verilişi (2010)
  30. Blok Ada (2010)
  31. Khojaly Genocide (film, 2005)
  32. Səhra həkimi sənədli filmi 2017
  33. Çətin yollar — sənədli filmi 2018
  34. Əsgər andı — veriliş 2017
  35. Döyüşçü — veriliş 2019
  36. Ekoetika — veriliş 2019
  37. "Başqa yaz" sənədli film 2021
  38. "Unudulmaz gün" sənədli film 2021
  39. "Hərbi saat" hərbi vətənpərvərlik verilişi 2022-2023
  1. "MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib". 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-14.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023