Anar Cəbrayıllı
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 50 saniyə əvvəl Eminn (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalə qaralama halındadır. |
Anar Cəbrayıllı (29 oktyabr 1974, Balyand, Cəbrayıl rayonu) - "Azərsu" ASC-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi.
Anar Cəbrayıllı | |
---|---|
Doğum tarixi | 29 oktyabr 1974 (49 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | ssenarist |
29 oktyabr 1974-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində müəllim ailəsində anadan olub. 1981-ci ildə orta məktəbin birinci sinfinə gedib və 1992-ci ildə məktəbi əla qiymətlərlə bitirib. Həmin il ilk dəfə tətbiq olunan test üsulu ilə Dövlət İqtisad İnstitutunun Maliyyə iqtisad fakültəsinə daxil olub. 1997-ci ildə institutu flrqlənmə diplomu ilə başa vurub. Həqiqi hərbi xidmətdən sonra İqtisadi nəzəriyyə ixtisası üzrə əyani aspiranturada təhsil alıb. Professor Məmmədhəsən Meybullayevin mühazirə oxuduğu qruplarda məşğələlər aparıb.
1998-ci ildən mətbuatdadır. Avrasiya, Reytinq, Azernews qəzetlərində müxbir, şöbə müdiri, məsul katib işləyib. 2001-2011-ci illərdə ANS TV-də müxbir, redaktor, aparıcı-redaktor, İqtisadiyyat verilişinin şef-redaktoru vəzifələrində çalışıb. 2011-ci ilin martından "Azərsu" ASC-də Ictimaiyyətlə əlaqələr şğbəsinin rəisi vəzifəsində işləyir.
Təltifləri redaktə
- Prezident İlham Əliyevin 22 iyul 2020-ci il tarixində imzaladığı Sərəncamla Tərəqqi medalı ilə təltif olunub.