Anar Kərimov (hərbi xadim) Haqqinda Melumat - Vikipedia

Anar Kərimov (hərbi xadim) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anar Kərimov (hərbi xadim)

general-mayor

Anar Təvəkkül oğlu KərimovAzərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi.[1][2]

Anar Kərimov
Şəxsi məlumatlar
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Mühəndis Qoşunları
Rütbəsi General-mayor
Döyüşlər Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
 • Zəngilan döyüşü
 • Qubadlı döyüşü
Təltifləri
"Zəfər" ordeni — 2020 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "İgidliyə görə" medalı — 2016"Hərbi xidmətlərə görə" medalı"Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Haqqında redaktə

Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir.

Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir. Qarabağ Müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Birinci Qarabağ müharibəsi və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə "general-mayor" rütbəsi alıb[1]. 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı[3], 25 dekabrda isə "Xocavəndin azad olunmasına görə" medalı[4]"Füzulinin azad olunmasına görə" medalları[5] ilə təltif edilib[6].

Təltifləri redaktə

İstinadlar redaktə

  1. 1 2 "General-mayor ali hərbi rütbəsi ilə təltif olunan zabitlər kimlərdir" (az.). azeridefence.com. 7 dekabr 2020. 13 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  2. "Prezidentin general etdiyi 4 hərbçi kimdir?" (az.). /mediapost.az. 7 dekabr 2020. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  4. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  6. 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 9 dekabr 2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  7. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2014-cü il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 25 iyun 2014. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024