Anar Məmmədxanov Haqqinda Melumat - Vikipedia

Anar Məmmədxanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anar Məmmədxanov

Anar Məmmədxanov (20 iyul 1970, Bakı23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.

Anar Məmmədxanov
Doğum tarixi 20 iyul 1970(1970-07-20)
Doğum yeri
Vəfat tarixi 23 aprel 2011(2011-04-23) (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Atası Camal Məmmədxanov
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir.[1] Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur.

Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.

23 aprel 2011-ci ildə vəfat edib[2].

Evli idi, 3 övladı var[3].

Xatirəsi redaktə

2018-ci ildə onun haqqında yazıçı-publisist Elmira Axundova "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabını yazmışdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.[4]

İstinadlar redaktə

  1. Real TV. "Şən və hazırcavab Anar Məmmədxanov" (az.). Youtube.com. 23.04.2020. İstifadə tarixi: 2020-04-24.
  2. "Anar Məmmədxanov vəfat etdi!". 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  3. "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
  4. APA TV. "Elmira Axundova Anar Məmmədxanov haqqında kitab yazıb" (az.). Youtube.com. 04.04.2018. İstifadə tarixi: 2018-04-04.

Həmçinin bax redaktə

Müsahibələri redaktə

Xarici keçidlər redaktə


Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024