Andlar Haqqinda Melumat - Vikipedia

Andlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Andlar — şifahi poeziyanın arxaik janrlarından biridir.

Şifahi poeziyanın ilkin janrlarından biri də andlardır. And qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə yaranmışdır. Andiçmə müqəddəs hesab edilmiş, bir sıra xalqlarda andı pozmaq üstündə ən ağır cəzalar tətbiq edilmişdir. Hələ çox qədimlərdən anda inam qüvvətli olmuşdur. Əvvəllər insanın müxtəlif təsəvverləri ilə bağlı andlar yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan onun təsəvvürlərində və bədii yaradıcılığında ilk andlar yaranmışdır. "Ay haqqı", "Gün haqqı", "Torpaq haqqı", "Yer haqqı", "Göy haqqı", "İşıq haqqı", "Su haqqı" və s. Nisbətən sonralar insanların sitayiş etdikləri varlıqlara bərəkət və qüdsiyyətə andiçmə ənənəsi meydana gəlmişdir. "Duz haqqı", "Bərəkət haqqı", "Duz-çörək haqqı", "Çörək haqqı", "Un haqqı", "Nemət haqqı" və s. insanların təsəvvür hüdudları genişləndikcə yeni-yeni andlar yaranmış, ata, ana, bacı, qardaş, əziz adamlarla bağlı andlar xalq yaradıcılığını zənginləşdirmişdir: "Anamın canı üçün", "Dədəm canı", "Dayım canı", "And olsun balamın başına", "Nənəmin canı üçün" və i.a Dini təsəvvürlərin insanların şifahi yaradıcılığında müəyyən mövqe tutması ilə əlaqədar yaranan andlar daha geniş yayılmışdır: "Allah haqqı", "Allaha and olsun", "Allahın dərgahına and olsun", "Billah", "İmam haqqı", "İmam Hüseyn haqqı" və s. Şifahi nitqdə yaşamaqda olan hər bir andın özünəməxsus tarixi etimoloji kökü, əsası vardır. Onların hər birinin arxasında xalqımızın müəyyən tarixi inkişaf mərhələsindəki həyatı, məişəti, əxlaq və təfəkkür tərzi dayanır. Böyük yüzilliklər arxasından süzülüb gələn bu şölələrin, şəfəqlərin hər birində bir əsrin, bir qərinənin sirləri gizlənməkdədir. Xalqımızıın andlar dünyasını araşdırmağın ilkin şərti isə onları geniş şəkildə toplayıb nəşr etməkdir.[1]

İstinadlar redaktə

  1. Azad Nəbiyev. "Nəğmələr, inanclar, alqışlar". Bakı: "Yazıçı". 1986. səh. 213 səh.

Xarici keçidlər redaktə

Türk xalqlarının folklorunda andlar (yeminlər) (İraq-türkman örnəkləri əsasında) Ülkər Dadaşova


Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024