Andrey Nişşenko Haqqinda Melumat - Vikipedia

Andrey Nişşenko Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Andrey Nişşenko

Andrey Nişşenko (tam adı: Andrey Aleksandroviç Nişşenko; 6 may 1972, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Andrey Nişşenko
Andrey Aleksandroviç Nişşenko
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (17 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Atası Aleksandr
Anası Aleksandra
Milliyyəti rus

Həyatı redaktə

1972-ci il mayın 6-da Bakıda anadan olmuşdur. Milliyyəti rusdur. 175 nömrəli tam orta məktəbi bitirmişdir. Qanlı Yanvar öncəsi 2 nömrəli Dəmiryol məktəbinin 3-cü kursunda oxuyurdu.

Qanlı Yanvar faciəsi redaktə

Həmin gün Andreylə bir yerdə olmuş dostu Fuad Babayevin dedikləri:[2]

"  Təxminən gecə saat 01 radələrində "Xəzər" kinoteatrının yanında gəzişirdik. Bizim ev buraya yaxındır. Bir də gördük ki, tanklar gəlir. Düzü heç qorxmadıq, axı tanklar bizimki idi. Biz yanılmışdıq. Yaxınlaşanda bizim tanklar bizi atəşə tutmağa başladı. Biz qaçmağa üz qoyduq. Bu vaxt mən ayağımdan yaralandım. Andrey isə qaçdı. Mən elə bildim ki, o qaçıb canını qurtara bilib. Amma yox... Sonra məni, tanımadığım adamlar xəstəxanaya apardı. Sabahısı gün öyrəndim ki, əsgərlər onu süngü ilə vurublar. Onun boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir. " 

Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ünvan redaktə

Bakı, B. Bağırova küçəsi 7, ev 37.

Xatirəsi redaktə

Məzunu olduğu 175 nömrəli tam orta məktəbdə xatirə lövhəsi var.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024