Andrey Qromıko Haqqinda Melumat - Vikipedia

Andrey Qromıko Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Andrey Qromıko (rus. Громыко, Андрей Андреевич, 5 (18) iyul 1909, Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası[2]2 iyul 1989[1], Moskva[3]) — SSRİ-nin tanınmış dövlət xadimi, SSRİ dövrünün görkəmli diplomatı. SSRİ-nin xarici işlər naziri.

Andrey Qromıko
belar. Андрэй Андрэевіч Грамыка
bayraq
SSRİ-nin xarici işlər naziri
bayraq2
15 fevral 1957 – 2 iyul 1985
bayraq
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
bayraq2
24 mart 1983 – 2 iyul 1985
bayraq
SSRİ Ali Sovetinin sədri
bayraq2
2 iyul 1985 – 1 oktyabr 1988
Şəxsi məlumatlar
Doğum tarixi 5 (18) iyul 1909
Doğum yeri
Vəfat tarixi 2 iyul 1989(1989-07-02)[1] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, diplomat, iqtisadçı, memuarçı
Dini ateizm
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni "Ağ şir" ordeni Xose Marti ordeni "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni "Azadlıq günəşi" ordeni
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
Order of Klement Gottwald Peru günəşi ordeni böyük xaçı Peru günəşi ordeni "Georgi Dimitrov" ordeni

Grand Cross of the Order of Merit of the Polish People's Republic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Andrey Qromıko 18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olub.

Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: "Bu soyad mənim xoşuma gəlir".

Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb.

Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib.

İkinci dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.

Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ə kimi davam edib.1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.1983–1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini çalışmışdır

Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.

İstinadlar redaktə

  1. 1,0 1,1 Andrej Andrejewitsch Gromyko // filmportal.de. 2005.
  2. 2,0 2,1 Громыко Андрей Андреевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 3,0 3,1 Deutsche Nationalbibliothek Record #118857886 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023