Andrey gəvəni Haqqinda Melumat - Vikipedia

Andrey gəvəni Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Andrey gəvəni

bitki növü

Andrey gəvəni (lat. Astragalus andreji) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Andrey gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Andrey gəvəni Azərbaycanın endemik bitkisidir. İlk dəfə Bozdağ sahəsində 1953-cü ildə təsvir edilmişdir.

Botaniki təsviri redaktə

80-150 sm hündürlükdə, budaqları şaxəli, uzun və möhkəm tikanlıdır. Yarpağı 2-3,5 sm uzunluqda, 4-6 cüt ellipsvari və neştərvari formalı, yarpağını tökən koldur. Yumurtavari yarpaq altlıqlarının ucu neştərvari, 5–6 mm uzunluğunda, ağ tüklüdür. Tədricən tamamilə çılpaqlaşır və sarımtıl rəngdə olur. Çiçək altlıqları kasacığa bərabərdir. Yarpaqların qoltuğundan çıxan 2-3 ədəd çiçəkləri 2-9 sm uzunluqda sünbülvari çiçək qrupu əmələ gətirir. Kasacığı 5–7 mm uzunluqda, qalın, ağ tüklüdür. Tacı sarı, tutqun damarlı, kasacıqdan təxminən 2 dəfə uzundur. Dişiciyi tüklüdür. Toxumu sarımtıl, uzunluğu 2,5 mm, eni 1 mm-ə yaxındır. İyunda çiçəkləyir, meyvələri iyulda yetişir. Paxlası tükcüklüdür. Meyvə örtüyündən təmizlənmiş toxum təmizlənməmişdən bir neçə dəfə tez və çox cücərmə qabiliyyətinə malikdir. Toxum, kök və gövdə qələmləri ilə də çoxaldılır.

Ekologiyası redaktə

Təbii şəraitdə dəniz səthindən 200–300 m hündürlükdə, gilli və daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması redaktə

Naxçıvanda, Bozdağ silsiləsinin bir çox ərazilərində təbii yayılaraq kolluqlar əmələ gətirir.

İstifadəsi redaktə

Yaşıllaşdırmada, qumluqların bərkidilməsində istifadəsi məqsədyönlüdür. Andrey gəvənindən alınmış qətranın tərkibində olan bassorinin miqdarı başqa növlərə nisbətən çoxdur.

Sinonimləri redaktə

Homotipik sinonimləri redaktə

  • Astracantha andreji (Rzazade) Czerep.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024