Anna Dadli Haqqinda Melumat - Vikipedia

Anna Dadli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anna Dallas Dadli[2] (ing. Anne Dallas Dudley; 13 noyabr 1876, Neşvill13 sentyabr 1955, Bell-Mid[d], Tennessi) – ABŞ-də qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-də səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur. Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur.

Anna Dadli
ing. Anne Dallas Dudley
Anne Dallas Dadli 1900-cü ildə
Anne Dallas Dadli 1900-cü ildə
Doğum tarixi
Doğum yeri Neşvill, ABŞ
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Belmid, Tennessi, ABŞ
Dəfn yeri
  • Maunt-Olivet qəbiristanlığı[d]
Milliyyəti amerikan
Fəaliyyəti Qadınların seçki hüququnun müdafiəçisi
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri və ailəsi redaktə

 
Anna Dadlinin qardaşı Corc Dallas ABŞ-nin 11-ci vitse-prezidenti (1845-1849) olmuşdur.

Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur.[3] Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır.[4] Onun babası Aleksandr Ceyms Dallas ABŞ hərbi donanmasıda kommodor rütbəsində xidmət etmiş, qardaşı Corc Mifflin Dallas 1831-1833-cü illərdə Pensilvaniyanın senatoru və Amerika Birləşmiş Ştatlarının 11-ci vitse-prezidenti (1845-1849), o cümlədən 1828-1829-cu illərdə Filadelfiyanın meri vəzifəsində çalışmışdır.

Anna Dallas Neşvill şəhərində həm Seminariyada, həm də Qiymətli Gənc Qadınlar Kollecində təhsil almışdır[5]. O, 1902-ci ildə Kilsə Kafedralında mərasimdə tanış olduğu bankir və sığorta işçisi Qaylford Dadli  (1854–1945) ilə evlənmiş[4] və bu izdivacdan onların üç uşağı olmuşdur: körpəlikdə vəfat etmiş Ayda Dallas Dadli (1903-1904), Trevania Dallas Dadli (1905-1924) və Qaylford Dadli idi (1907-2002).

Qadınların seçki hüququ hərəkatı redaktə

"Mən heç vaxt nümayəndəliyi olmadan vergitutmanı inkar edən kişi və ya qadınla görüşməmişəm. Hökumətimizə belə bir xain olan kimsə görməmişəm ki, hökumət başçılarının razılığına əsaslandığına inanmasın. Xalq üçün olan bu hökumət, yalnız qadın əhalinin hüquqlarını inkar edir."

— Anna Dallas Dadli, 1913[6]

Evlilikdən olan bir neçə il sonra Anna Dallas Dadli spirtli içki qadağasının tərəfdarı kimi hərakata daxil oldu[5]. Hərəkatda Mariya Daviess və Ayda Klayd Klark kimi dostları ilə birlikdə, Dadli qadınlara səsvermə hüququ verilməsi uğrunda mübarizəyə başladı[7]. Lakin, bu zaman kişi və qadınların əksəriyyəti siyasi proseslərdə iştirak edən qadınların fikirinə qarşı çıxdılar. 1911-ci ilin sentyabrında[note 1], Anna Dadli, Daviess, Klark, və bir neçə digər qadın Tuleyn otelində görüşüb və Neşvilldə bərabər seçki hüququ liqası, " hərbi üsulların sakit və cəld aradan qaldırılması", qadınlara seçki hüququnun verilməsi ilə məşğul olan olan yerli dəstəkçi təşkilat təsis etdilər[8][9]. Dadlinin liderliyi dövründə liqa may günlərində uşaqlardan ibarət nəhəng paradlar təşkil etdi[9]. Dadli həmçinin, 1914-cü ildə Neşvill Milli seçki hüququ konvensiyanın yaradılmasına kömək etdi[10][11]. Bu konvensiya şəhərin ən böyük konvensiyası idi[9]. Dörd il yerli liqa liderliyi kimi xidmətdən sonra Anna Dadli 1915-ci ildə Tennessidə bərabər seçki hüququ dərnəyinin rəhbəri seçildi. Bu müddət ərzində o, dövlət konstitusiyasının təqdim və düzəlişinə kömək edirdi[12]. Düzəliş əvvəlcə qəbul edilməsə də, sonra qadın hüquqları və bələdiyyə seçkilərində, səsvermədən sonra, nəhayət 1919-cu ildə dövlət qanunverici hakimiyyət tərəfindən qəbul edildi[13].

 
Dadlinin uşaqları ilə birlikdə çəkdiyi bu fotoşəkil, seçicilərin sterotiplərinə qarşı radikallar kimi çıxmaq məqsədi ilə seçki hüququ materialları ilə geniş yayılmışdır.[10]

1917-ci ildə Dadli Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti seçildi və burada o, qadın seçki hüququ ilə bağlı qanunvericiliyin inkişafını əhəmiyyətli dərəcədə təmin etdi[14]. 1920-ci ildə Dadli, Katerina Talti Kenni və Abbi Kraiford Milton ilə birlikdə ABŞ Konstitusiyasına XIX düzəlişin ratifikasiya edilməsi üçün Tennessi kampaniyasına çıxardı[9][11]. Avqustun 18-də-də Tennessidə qadınlara ölkə daxilində səs hüququ verən, 36-cı düzəliş ratifikasiya edildi və təsdiqləndi[15][16].

Sonrakı həyatı redaktə

 
Dallasın dəfn olunmuş ailə üzvlərinin məzarının mərkəzindəki kelt xaçı

Seçki kompaniyasının müvəffəqiyyətindən sonra, Dadli Tennessi Demokratlar Komitəsinin ilk qadın şefi oldu. O, həmçinin 1920-ci ildə Demokratik Milli Konvensiyanın ilk qadın nemayəndəsi seçildi. Dadlinin siyasətə cəlb edilməsi sonrakı illərdə əhəmiyyətli dərəcədə azaldı, onun səyləri ilə həyatının qalan hissəsi vətəndaş və xeyriyyə işlərinə yönəldi. O, İkinci Dünya müharibəsi zamanı Amerika Qırmızı Xaç Təşkilatının fəal işçisi olmuş, daha sonra Tennessi Antiklərinin Müdafiəsi Assosiasiyasının (ing. Association for the Preservation of Tennessee Antiquities) idarə heyətinin sədri vəzifəsində çalışmışdır.

Anna Dadli 13 sentyabr, 1955-ci ildə Tennessinin Belmid şəhərində öz evində olarkən gözlənilmədən vəfat etmişdir. Bu zaman onun 78 yaşı var idi. O, Neşvilldə ailəsi ilə bir yerdə – Maunt Olivet qəbiristanlığında dəfn olunmuşdur.

Mirası redaktə

 
Anna Dadli: Tennesi Qadın Sufrajistlər abidəsindəki üç qadından biri. Heykəltəraş: Alan Lekuir, 2006

Dadlinin mirası bir çox istiqamətlərdə həyata keçirilmişdir. Tennessi ştatının Noksvill şəhərindəki "Tennessi Qadın Sufrajistlər abidəsi"ndə (ing. Tennessee Woman Suffrage Memorial) heykəli yaradılmış fransız Lizi Krozye və Memfisdən olan Yelizavet Eyveri Merliver ilə birlikdə üç qadından biridir[7][13]. Tennesi ştatının kapitolisində "Tennessinin fəxrləri" (ing. The Pride of Tennessee) adı altında 10 məşhur tennessili kimi, Dadlinin də rəsmi portreti asılmışdır[17]. Neşvill Mərkəzi Parkında ona həsr olunmuş tarixi marker də vardır[14]. O, 1995-ci ildə Milli Qadın Şöhrəti Zalına daxil olmuşdur[16].

2015-ci ildə Neşvilldə Elliston adlı yerdə tikintisi tamamlanan çoxmənzilli binaya onun şərəfinə "Dallas" adı verilmişdir[18].

26 avqust 2016-cı ildə, "Qadınların Bərabərlik Günü"nün bir hissəsi olaraq, Alan Lekuir tərəfindən düzəldilən abidədə Dadlinin təsviri, Kari Çapman Ket, Abbi Krauford Milton, Cuno Frankie Piers və Sue Şelton Vaytın təsvirləri ilə birlikdə Neşvill Mərkəzi Parkında nümayiş olunmuşdur.[19][20]

 
Neşvilldə Anna Dallas Dadliyə həsr olunmuş tarixi marker

2017-ci ildə Neşvill şəhərindəki Kapitol bulvarının adı dəyişdirilərək Anna Dallas Dadli bulvarı adlandırılmışdır.[21]

Qeydlər redaktə

  1. Neşvill Seçki Hüququ Bərabərliyi Liqasının ilkin üzvlərinə daxil idi: Mrs. Qaylford Dadli, Mrs. Bler Smit, Mrs. Uilloubi Vilyams, Mrs. İda Klayd Klark, Mrs. S. T. Hikson, Mrs. E. T. Peyc, Miss Ameli Terrett, Miss Mariya Tompson Deviss, Miss Mariya Luis Bakster, Mrs. Yarbro və Mrs. T. Q. Settl.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Online Biographical Dictionary of the Woman Suffrage Movement in the United States (ing.). / T. Dublin, K. K. Sklar Alexander Street Press.
  2. 1900 U.S. Census. District 91, Davidson County, Tennessee.
  3. "Mrs. Guilford Dudley Talks Equal Suffrage". Nashville Tennessean. February 20, 1913.
  4. 1 2 Goodstein, Anita Shafer. "Anne Dallas Dudley, 1876–1955". Franklin County Historical Review. 23 (1). 1992: 61–65.
  5. 1 2 Wills, W. Ridley. Dallas Celtic cross // A Walking Tour of Mt. Olivet Cemetery. John W. Wagster. 1993. 28–29.
  6. "Mrs. Guilford Dudley Talks Equal Suffrage". Nashville Tennessean. February 20, 1913.
  7. 1 2 Mason, Doug. "Marching into history - Memorial honors women who got voting rights cast in stone". Knoxville News-Sentinel. March 26, 2006.
  8. Taylor, Antoinette Elizabeth. The Woman Suffrage Movement in Tennessee. Octagon Books. 1957. səh. 33. ISBN 0-374-97850-6.
  9. 1 2 3 4 "Services For Mrs. Dudley To Be Held Thursday". Nashville Banner. September 14, 1955.
  10. 1 2 Carole Stanford Bucy. Anne Dallas Dudley // Carroll Van West (redaktor ). Tennessee Encyclopedia of History and Culture. Tennessee Historical Society. 1998. ISBN 1-55853-599-3. 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  11. 1 2 Anastatia Sims. Woman Suffrage Movement // Carroll Van West (redaktor ). Tennessee Encyclopedia of History and Culture. Tennessee Historical Society. 1998. ISBN 1-55853-599-3. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-11.
  12. Lindenmeyer, Kriste. Ordinary Women, Extraordinary Lives: Women in American History. Rowman & Littlefield. 2000. 200–209. ISBN 0-8420-2754-8.
  13. 1 2 "Tennessee Woman's Suffrage Memorial". East Tennessee Foundation. July 7, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-05.
  14. 1 2 "Remember the Ladies!: Women Struggle for an Equal Voice". Tennessee State Library and Archives. 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  15. Tennessee Blue Book: 1995-1996 Bicentennial Edition (1796-1996). səh. 397.
  16. 1 2 East, Jim. "Suffragist leader Dudley going into Women's Hall of Fame". The Tennessean. September 15, 1995.
  17. Tennessee Blue Book: 1995-1996 Bicentennial Edition (1796-1996). səh. 397.
  18. "Home". The Dallas. 2015-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
  19. 5:33 PM, Aug 26, 2016. "Women's Suffrage Monument Unveiled - Story". Newschannel5.com. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  20. "Nashville's Newest Monument Celebrates State's Role In Women's Winning The Right To Vote". Nashville Public Radio. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
  21. Garrison, Joey. "Nashville renames downtown street after Tennessee women's suffrage leader". The Tennessean. May 3, 2017. İstifadə tarixi: 2017-06-07.

Sitat səhvi: <ref> tag with name "mason2" defined in <references> group "" has no content.
Sitat səhvi: <ref> tag with name "memorial2" defined in <references> group "" has no content.
Sitat səhvi: <ref> tag with name "remember2" defined in <references> group "" has no content.

Sitat səhvi: <ref> tag with name "east2" defined in <references> group "" has no content.

Xarici keçidlər redaktə


Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023