Anna Malova Haqqinda Melumat - Vikipedia

Anna Malova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Anna Nikolaevna Malovarusiyalı qadın voleybolçu. Libero mövqeyində oynayır. Rusiyanın perspektivli voleybolçularındandır.

Anna Malova
Анна Малова
Şəxsi məlumatlar
Tam adı Anna Nikolaevna Malova
Doğum tarixi (33 yaş)
Doğum yeri Rusiya Ulyanovsk Rusiya
Vətəndaşlığı rus
Voleybolçu məlumatları
Boyu 1.75 m
Çəkisi 59 kq
Zərbəsi 286
Bloku 290
Mövqeyi Libero
Karyerası
Komandası Rusiya Dinamo Moskva
Nömrəsi 3
Klub karyerası
2007–2009
2009–2014
2014–
Rusiya İskra Samara
Rusiya Ufimoçka
Rusiya Dinamo Moskva
Milli komanda karyerası
2013– Rusiya Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası redaktə

Anna Malova peşəkar voleybol həyatına 2008-ci ildə doğulduğu Ulyanovsk şəhərinin komandası İskra Samarada başlamışdır. O, hələ 17 yaşında məşqçi Emil Şamiloviç Zamaletdinova tərəfindən kəşf edilmişdi.[1] İki il bu klubda oynadıqdan sonra karyerasında ən çox formasını geyinəcəyi Ufimoçkaya transfer olundu. Son olaraq o, Dinamo Moskva komandası ilə anlaşmış və bu komanda ilə bir illlik müqavilə imzalamışdı.

Anna Malovanın milli komanda karyerası da olduqca qarışıqdır. O, 2013-cü ildən milli komandaya çağrılmağa başlayır. Baş məşqçi əsasən meydançaya əsas heyətlə çıxmadıqda Annanın xidmətində maraqlı olur. O, 2013-cü ildə Boris Yeltsin Kubokunda əsas heyətdə yer almışdır.[2] Bundan başqa həmin ildə keçirilən Avropa voleybol çempionatında da iştirak etmişdir.[3]

İstinadlar redaktə


Saytda 214 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024