Antikomintern paktı Haqqinda Melumat - Vikipedia

Antikomintern paktı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Antikomintern paktı

Antikomintern paktı (alm. Antikominternpakt‎, yap. 日独防共協定) — 25 noyabr 1936-cı ildə kommunizmdən müdafiə olunmaq üçün bağlanmış Almaniya-Yaponiya razılaşması, müqavilənin bağlandığı yer — Berlin) — dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə Kommunist İnternasionalı (Komintern-paktın adı buradan yaranmışdır) ölkələrinə qarşı Almaniya ilə Yaponiya arasında yaradılmış ikitərəfli ittifaq.

Antikomintern paktı
Nasist Almaniyasında Yaponiya səfiri Kintomo Musakodzi və nasist Almaniyasının xarici işlər naziri İoahim fon Ribbentrop Antikomintern paktını imzalayırlar.
Nasist Almaniyasında Yaponiya səfiri Kintomo Musakodzi və nasist Almaniyasının xarici işlər naziri İoahim fon Ribbentrop Antikomintern paktını imzalayırlar.
Hazırlanma tarixi 23 oktyabr 1936-cı il
İmzalanma tarixi 25 noyabr 1936-cı il
İmzalanma yeri Berlin
İmzalayanlar Almaniya, Yaponiya
Tərəflər İoaxim fon Ribbentrop

Tarixi redaktə

1937-ci ilin noyabrında Benito Mussolininin şəxsində İtaliya da Antikomintern paktına qoşuldu. Sonralar hakimiyyətə yeni gələn və ideologiyaları alman nasionalizmi və italyan faşizmi ilə səsləşən bir sıra hökumətlərin və SSRİ-yə və bütövlükdə kommunizmə düşmən münasibət bəsləyən bir sıra dövlətlər də Antikommuntern paktına qoşuldular. 1939-cu ildə Almaniya ilə İtaliya arasında bağlanmış ikitərəfli "Polad pakt"ını və 1940-cı ildə Berlin paktını imzalayan dövlətlərlə birlikdə Antikomintern paktının üzvləri də hərbi ittifaqın üzvlərinə çevrildilər.

24 fevral 1939-cu ildə pakta Macarıstan və Mancjou-qo dövlətləri də qoşuldular.

26 mart 1939-cu ildə Almaniyanın təkriki ilə vətəndaş müharibəsi şəraitində olan general Franko hökuməti də Antikomintern paktını imzaladı.

25 noyabr 1941-ci ildə Antikomintern paktının müddəti 5 il müddətinə uzadıldı, elə həmin dövrdə bu pakta Finlandiya, Rumıniya, Bolqarıstan, həmçinin faşistlər tərəfindən işğal edilmiş ərazilərdə — Xorvatiyada, Danimarkada, Slovakiyada təşkil olunmuş marionet hökumətlər və yaponlar tərəfindən işğal olunmuş Çin ərazisində yaradılan Van Szin-veya hökuməti də daxil oldular.

Mənbə redaktə

  • Command Decisions. Department of the Army. Под редакцией Kent Roberts Greenfield. Washington, DC, 1960. С. 18.

İstinadlar redaktə

  1. 25 ноября Arxivləşdirilib 2009-09-07 at the Wayback Machine Этот день в истории: Антикоминтерновский пакт

Saytda 30 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023