Antropomorfidlər Haqqinda Melumat - Vikipedia

Antropomorfidlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Antropomorfidlər

quruluşuna görə insanlara yaxın olan iri meymunlar ailəsi

Antropomorfidlər (Anthropomorphitae və ya Simidae) — quruluşuna görə insanlara yaxın olan iri meymunlar ailəsi. Yerdə şaquli halda uzun əllərinə söykənərək hərəkət edirlər. Quyruqları yoxdur. Hər birində bir neçə növü olan 3 cinsə bölünürlər: ən iri meymun qorilla (Gorilla) və şimpanze (Anthropopithecus) Ekvatorial Afrikanın meşələrində, oranqutan (Simia) isə Sumatra və Borneo adalarında ağaclarda yaşayırlar. Antropomorfidlər ən qədim əcdadı Misirin alt oliqosen çökmələrində tapılmış Proplioptekdir. Erkən oliqosen — müasir. Sinonim: İnsanabənzər meymunlar.

Antropomorfidlər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mənbə redaktə

Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.

  1. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023