Aqşin Novruzov Haqqinda Melumat - Vikipedia

Aqşin Novruzov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aqşin Novruzov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı13 oktyabr 2020, Kəlbəcər rayonu)Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi . Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir.[1] Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib.

Aqşin Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1998(1998-08-15)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (22 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Şahin Novruzov
Anası Elnarə Novruzlu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Rütbəsi əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı

Həyatı redaktə

Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə (ölümündən sonra) təltif edilib.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024