Ara sözlər Haqqinda Melumat - Vikipedia

Ara sözlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər.[1] Məsələn:

Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)

Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz)

Ara sözlər ifadə formasına görə söz, söz birləşməsicümlə şəklində olur.

İfadə forması redaktə

Söz şəklində redaktə

Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr.

Söz birləşməsi şəklində redaktə

Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qayıdacaqmı? Mən bilən, sonu yaxşı olacaq. İndi, sözün doğrusu, hər şeyi açıq deyə bilmirəm.

Cümlə şəklində redaktə

Görünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin (ki), olsun (ki), demək olar (ki). Düzdür, pis adam deyil, amma bir az laqeydliyi var. Ola bilsin, sabah onu görəcəyəm.[2]

Mənaca növləri redaktə

Təsdiq bildirənlər redaktə

Əlbəttə (ki), sözsüz (ki), şübhəsiz (ki), şəksiz, doğrusu, düzü, həqiqətən (də), yeri gəlmişkən və.s

Güman, şübhə bildirənlər redaktə

Bəlkə (də), deyəsən, güman ki, çox güman ki, görünür, görəsən, görən, olmaya, ehtimal ki və s.

Fikrin mənbəyini bildirənlər redaktə

Məncə, sizcə, mənə görə, zənnimcə, deyilənə görə, mən bilən və.s

Nitqin hissələri arasında əlaqəni bildirənlər və ya nəticə bildirənlər redaktə

Nəhayət, beləliklə, demək, deməli, xülasə, ümumiyyətlə,müxtəsər, qərəz, axır ki və.s

Təəssüf bildirənlər redaktə

Heyif (ki), çox heyif, təəssüf (ki), əfsus (ki) və.s

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. TQDK 2014. Sintaksis.
  2. Ara sözlər.

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024