Arad şəhidləri Haqqinda Melumat - Vikipedia

Arad şəhidləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Arad şəhidləri

Arad şəhidləri (mac. Aradi vértanúk) — 1848–1849-cu illər Macarıstan inqilabı yatırıldıqdan sonra 6 oktyabr 1849-cu ildə Aradda edam edilən Macarıstan ordusunun 13 generalı.[1]

Yanoş Tormanın Arad şəhidlərinin edamını əks etdirən rəsm əsəri.

Tarixi redaktə

Macarıstan inqilabı 1848-ci ildə başlamışdır. 1849-cu ilin yazında macar qoşunları Macarıstan krallığının bütün ərazisinə nəzarəti ələ keçirmiş, 14 apreldə dövlət məclisi Habsburq sülaləsini Macarıstan taxt-tacından məhrum edən və Macarıstanın müstəqilliyini elan edən fərman qəbul etmişdir. Layoş Koşut ölkənin dövlət başçısı elan edilmiş, lakin Rusiyanın müdaxiləsi ilə hər şeyi dəyişmişdir.

21 iyun 1849-cu ildə feldmarşal İvan Paskeviçin komandanlığı altında Rusiya ordusu Macarıstanın şərq rayonlarına soxulmuş, eyni zamanda Avstriyadan yeni hücum dalğaları başlamışdır. 10 – 11 avqust 1849-cu ildə Macarıstan hökuməti daha əvvəl diktator səlahiyyətlərini general Artur Görgeyə təhvil verərək istefa vermişdir. Koşut və yoldaşları Osmanlı imperiyasına köçmüşdür. 13 avqustda, Vilaqosda Görgey Macarıstan ordusunun təslim olduğunu elan etmiş və rus qoşunlarının mərhəmətinə təslim olmuşdur. 17 avqustda Arad, 26 avqustda Munkaç təslim edilmişdir. Nəhayət, 5 sentyabrda Komara təslim olmuş, Macarıstanda inqilab məğlub edilmişdir.

6 oktyabr 1849-cu ildə Avstriya feldtseyxmeysteri Yulius Yakov fon Qaynaunun əmri ilə Aradda macar qoşunlarına komandanlıq edən 13 general edam edilmişdir.

İstinadlar redaktə

  1. Жукова, Е. М. (redaktor ). "АРАДСКИЕ МУЧЕНИКИ" // Советская историческая энциклопедия (rus). Moskva: Советская энциклопедия.

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024