Aralıq dənizi tısbağası Haqqinda Melumat - Vikipedia

Aralıq dənizi tısbağası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aralıqdənizi tısbağası

(Aralıq dənizi tısbağası səhifəsindən istiqamətləndirilmişdir)

Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü.

Aralıqdənizi tısbağası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa təsviri redaktə

Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu:

  • T. g. graeca – 30 sm-ə qədər.
  • T. g. anamurensis – 27 sm-ə qədər.
  • T. g. antakyensis – 16 sm-ə qədər.
  • T. g. armeniaca – 26 sm-ə qədər.
  • T. g. buxtoni – 27 sm-ə qədər.
  • T. g. cyrenaica – 20,5 sm-ə qədər.
  • T. g. floweri – 15 sm-ə qədər.
  • T. g. ibera – 26 sm-ə qədər.
  • T. g. nabeulensis – 18 sm-ə qədər.
  • T. g. nikolskii – 30 sm-ə qədər.
  • T. g. pallasi – 25 sm-ə qədər.
  • T. g. perses – 19 sm-ə qədər.
  • T. g. soussensis – 25 sm-ə qədər.
  • T. g. terrestris – 25 sm-ə qədər.
  • T. g. zarudnyi – 28 sm-ə qədər.

Yayılması redaktə

Növün arealı Şimali İspaniya, İtaliya (daxil olub), Sardiniya və Siciliya (introduksiya olunub), Fransa (introduksiya olunub), keçmiş Yuqoslaviya: Serbiya, Monteneqro, Şimali Yunanıstan (Egey adalarına daxil olub, məs. Limnos, Lesbos, Xios, Samos, Samotrakiya), Albaniya, Ruminiya, Bolqaristan, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Liviya, İzrail, Suriya, İran, Şimali İraq və Rusiyanın ərazisini (Cənubi Qafqazın şərqi: Dağıstan) əhatə edir [1].

Azərbaycan ərazisində bir neçə yarımnövü yayılmışdır; Cənub-şərqdə T.g.buxtoni, Şərqdə (Abşeron yarımadası və şimal-şərqdə) T.g.armeniaca, şimal-qərbdə (Qazax-Gəncə) T.g.ibera. Azərbaycanın digər ərazilərində yayılan populyasiyaların təsnifat statusu məlum deyil.

Yarımnövləri redaktə

Ən tanınmış yarımnövləri:

Yaşayış yeri redaktə

Yaşayışına yararlı olan bütün sahələrdə rast gəlir. Quru səhra və yarımsəhralar, kolluq bitkisi olan dağətəyi təpəlik sahələr, eləcə də ovalıq meşə və bağlar. Dağlarda dəniz səviyyəsindən 1200 m hündürlükdə qeyd edilmişdir. Respublikada sayı nisbətən yüksəkdir – hər 1 km marşruta 10 – 16 fərd düşür.

Aralıqdənizi tısbağası Səngəçal yarımsəhrasının təbii məskunlarıdırlar. Onlar gələcəkdə yenidən təbiətə buraxılmaq şərtilə, Səngəçal terminalının inşası zamanı yığılmışlar. Aralıqdənizi tısbağası dünyada nəsli kəsilmək üzrə olan heyvan növlərinə aiddir və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı kitab"ına daxil olunub. Azərbaycan bu heyvan növünün təsadüf olunduğu 25 ölkədən biridir. Aralıqdənizi tısbağası təbiətdə 30–35 il, zooparklarda isə 150 ilədək ömür sürə bilir. Hazırda elmə məlum olan ən qoca tısbağanın 40 yaşı var.

Mühafizə statusu redaktə

Beynəlxalq Təbiəti Mühafizə İttifaqın (IUCN – International Union for Conservation of Nature) təsnifatına əsasən, 1996-cı ildə Vulnerable (Təhlükə altında) A1cd kateqoriyasına daxil edilmişdir (ver 2.3). Növün arealı məhdudlaşır, miqdarı isə sürətlə azalır [2]. Həssas növ statusu ilə Azərbaycan Respublikasının Qırmızı kitabının II nəşrinə daxil edilmişdir.

Ədəbiyyat redaktə

  • Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во "Элм". Баку, 1978, 264 с.
  • Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
  • Azərbaycan Respublikasının Qırmızı kitabı, II hissə, Bakı, "Şərq-Qərb nəşriyyatı, 2013, 517 s.
  • Cəfərova S. Q., Əhmədov S. B., Bünyatova S. N., Əsgərova S. Ə. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi, ADTU nəşriyyatı, Bakı, 2013.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023