Aran xalçası Haqqinda Melumat - Vikipedia

Aran xalçası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aran xalçaları

(Aran xalçası səhifəsindən istiqamətləndirilmişdir)

Aran xalçaları — Qarabağ tipinin yüksək kateqoriyalı xalça növü.

Xalça
Aran xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat redaktə

Qarabağ tipinə aid olan bu xalçaların istehsalının mərkəzi Bərdə olmuşdur. XIX əsrin II yarısından başlayaraq, bu xalçalar Cəbrayılın xalçaçılıq müəssisələrində də istehsal edilməyə başladı. Haqqında danışılan xalçanın əsil adı – "Ərran"dır. Ərran (Aran) – Azərbaycanın şimal hissəsindən başlayan və Şirvanın cənub-qərb rayonlarını əhatə edən (KürAraz çayları arasında) çox geniş bir ərazidir. Tarixi mənbələrdən məlumdur ki, IX–X əsrlərdə Aranın mərkəzi Bərdə şəhəri olmuşdur. Son zamanlar "Aran" xalçaları Cəbrayılın xalçaçılıq müəssisələrində geniş istehsal olunmağa başlandığı üçün onu "Cəbrayıl" adlandırırlar.

Bədii analiz redaktə

"Aran" xalçalarının orta sahəsindəki kompozisiyanın bəzəyi "Qotazlı buta"dan ibarətdir. Bu butalar – əsas elementlər – orta sahədə tək – tük, lakin butalı xalçalar üçün səciyyəvi olan qaydada yerləşdirilmişdir. Butanın arasında quş və müxtəlif formalı elementlərin təsviri verilir.

Texniki xüsusiyyətləri redaktə

"Aran" xalçaları müxtəlif formatlarda toxunur. 125X175 formatlı (xalq arasında 5 verşok – 7 verşok xalçalar adlanır) xalçalar digər formatlı xalçalardan daha yaxşı görünür. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 40X40 düyün yerləşdirilir (hər kvadrat metrdə 160.000 düyün). Xovun uzunluğu 7 millimetrdir.

"Aran" xalçaları Qarabağ tipinin yüksək kateqoriyalı xalçaları hesab olunur.


Saytda 19 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024