Arif Əliyev (şəhid) Haqqinda Melumat - Vikipedia

Arif Əliyev (şəhid) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Arif Əliyev (şəhid)

Arif Ağalar oğlu Əliyev (26 iyul 1983, Susuzluq, Kəlbəcər rayonu4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, şəhid.

Arif Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1983(1983-07-26)
Doğum yeri
Vəfat tarixi 4 iyun 2021(2021-06-04) (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Susuzluq kəndi yaxınlığında partlayış
Dəfn yeri Göygöl Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ağalar Əliyev
Anası Müşgünaz Əliyeva
Həyat yoldaşı Ülviyyə Əliyeva
Uşaqları Ləman, Rəvan, Sərvan
Hərbi xidmət
Xidmət illəri 2012–2021
Rütbəsi Mülki vətəndaş
Elmi fəaliyyəti
İş yeri Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021

Həyatı redaktə

Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1990-cı il tarixində Kəlbəcər rayonunun Susuzluq kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əliyevlər ailəsi Göygöl rayonunda yaşamağa başlayıblar. Orta təhsilini Göygöl rayonunda davam etdirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Universitetə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət etmişdir. Daha sonra Kəlbəcər rayon Susuzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışan Arif Əliyev 04 iyun 2021-ci il tarixində rəsmi olaraq Kəlbəcər rayon Susuzluq kəndinə səfəri zamanı düşmənin təxribatı nəticəsində minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.[1]

Təltifləri redaktə

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Əliyev Arif Ağalar oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]

İstinadlar redaktə

  1. Yeniavaz.com. "Kəlbəcərdə şəhid olan Arif Əliyev dəfn olundu – YENİLƏNİB" (az.). Yeniavaz.com. 05.06.2021. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2023.
  2. "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.

Həmçinin bax redaktə


Saytda 42 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024