Arif Həbibi Haqqinda Melumat - Vikipedia

Arif Həbibi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həbibi Arif İzzət oğlu (1 iyun 194327 yanvar 2021) — Azərbaycan aktyoru, rejissor dublyajist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007).

Arif Həbibi
""Müstəntiq və Məntiq"" adlı Mozalan süjetindən kadr.
""Müstəntiq və Məntiq"" adlı Mozalan süjetindən kadr.
Doğum tarixi
Doğum yeri Astara, İran
Vəfat tarixi (77 yaşında)
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1967-2012
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2007

Həyatı redaktə

Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olmuşdur. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirmiş və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlamışdır. Dublyaj üzrə ali dərəcəli kinorejissordur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka" etmişdir. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olmuşdur. R.İbrahimbəyevin "Sınıq körpülər" filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olmuşdur. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs demişdir.10 ildən çox "Space" "Lider", "ANS", "ATV" tele kanallarında dublyajla məşğul olmuşdur. 1000-ə yaxın müxtəlif filmləri dublyaj etmişdir. Dublyaj etdiyi filmlər: "Kral Lir", "Rüstəm Zal haqqında əfsanə", "Qırmızı çadır", "Rezidentin səhvi", "Əlahəzrətin adyutantı", "Səyavuş", "Qaraqulaq ağ Bim", "Karnaval", "İmam Əli", "İudanın arvadı", "Mənim üç bacım", "Ağbəniz", "Mauqli", "Gəlinlərin qiyamı" və s. 27 yanvar 2021-ci ildə Bakıda vəfat edib.

Filmoqrafiya redaktə

  1. Qərib cinlər diyarında (film, 1977)
  2. Müqəddəs and (film, 1983)
  3. 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
  4. Gəlinlərin qiyamı (film, 1985) (dublyaj rejissoru)
  5. Atası yandı (film, 1986)
  6. Mastika (film, 1986)
  7. Pərdə arxasında (film, 1987)
  8. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  9. Yuxu (film, 2001)

Mənbə redaktə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024