Arif Qazıyev (rəssam) Haqqinda Melumat - Vikipedia

Arif Qazıyev (rəssam) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Arif Qazıyev (rəssam)

Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssamheykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimiAzərbaycanın xalq rəssamı (2018).

Arif Qazıyev
Arif Şamil oğlu Qazıyev
Doğum tarixi
Doğum yeri İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Şamil Qazıyev
Fəaliyyəti heykəltaraşlıq
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Həyatı redaktə

Təhsili redaktə

Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir.[1][2]

Fəaliyyəti redaktə

Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır.

Yaradıcılığı redaktə

Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.[1][2]

Mükafatları redaktə

Ailəsi redaktə

Arif Qazıyevin həyat yoldaşı Firəngiz xanım Abbas qızı 1944-cü ildə Bakıda anadan olub. Uşaqları Emin və Samir heykəltaraşdırlar, İlahə xanım isə rəssam-dizaynerdir, evlidilər.[4]

Arif Qazıyev 3 sentyabr 2021-ci ildə 84 yaşında vəfat etmişdir.[5]

İstinadlar redaktə

  1. 1 2 "Arif Qazıyev müsahibə". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
  2. 1 2 "Arif Qazıyev". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
  3. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  4. Ailəsi
  5. "Xalq rəssamı Arif Qazıyev vəfat etdi". 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-06.

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024