Aristidis Patrinos Haqqinda Melumat - Vikipedia

Aristidis Patrinos Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aristidis Patrinos

ABŞ alimi

Aristidis Patrinos (yun. Αριστείδης Πατρινός; 1947, İsgəndəriyyə) — ABŞ-nin yunan əsilli sintetik biologiya üzrə eksperti və insan genomu layihəsinin keçmiş rəhbəri.

Aristidis Patrinos
yun. Αριστείδης Πατρινός
Doğum tarixi 1947
Doğum yeri
İş yeri
Təhsili

Həyatı redaktə

Aristidis 1947-ci ildə Misirin İsgəndəriyyə şəhərində yunan əsilli ailədə anadan olub. Yunan və Britaniya məktəblərini oxuyub bitirdikdən sonra 1965-ci ildə Qahirəni tərk edərək Yunanıstanın Afina şəhərinə köçüb. O, Afina Milli Texniki Universitetində həm elektrik, həm də mexaniki mühəndislik üzrə təhsil alıb. 1970-ci ildə dərəcəsini aldıqdan sonra ABŞ-yə köçüb və İllinoys ştatının Çikaqo şəhərində Şimal-Qərb Universitetində təhsilini davam etdirib. 1975-ci ildə fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra Nyu-York ştatına köçüb və Roçester Universitetində dərs deməyə başlayıb. O, dərs dediyi illərdə Energetika Departamenti və qurumun Nyu-York və Tennessi ştatlarındakı milli laboratoriyaları ilə işləyib. Aristidis nəhayət Vaşinqtonda məskunlaşaraq, bütün gün ərzində ABŞ Energetika Nazirliyinin layihələri üzərində işləyib.[1]

Aristidis Patrinos Ketrin Hoff ilə evlidir və iki qızı var.

Fəaliyyəti redaktə

Patrinos 1993-cü ildə insan genomu layihəsi üzərində işlədiyi ABŞ Energetika Nazirliyində Bioloji və Ətraf Mühitin Tədqiqatları Ofisinin direktoru vəzifəsində Devid C. Qalası əvəz etdi. O, Həyata Genomlar proqramını başlatdı və Nazirliyin Birgə Genom İnstitutunu yaratdı. Aristidis Nazirlikdə işləyərkən həm də İqlim Dəyişikliyi üzrə Beynəlxalq Panelin və Qlobal Dəyişiklik Araşdırma proqramının təşəbbüskarı olub. Onun işi və tədqiqatları ABŞ-nin müvafiq sahələrlə bağlı tətbiq etdiyi bir çox siyasətləri müəyyən etmişdir.[2]

Aristidis 2006-cı ildə ABŞ Energetika Nazirliyindəki işindən ayrıldı və "Synthetic Genomics" şirkətində işə başladı.

Patrinos struktur biologiya, genomika, qlobal ətraf mühit dəyişikliyi və nüvə təbabəti üzrə aparıcı mütəxəssislərdən biri hesab olunur. Hal-hazırda Şəhər Elmləri və Tərəqqi proqramı üzrə tədqiqatlara rəhbərlik edir, eyni zamanda Nyu-York Universitetində biologiya, kimya və mexaniki mühəndislik üzrə professordur. O, Sintetik Genom layihəsi ilə məşğul olmağa davam edir, həmçinin "Tsakos Enerji və Naviqasiya" (TNP) şirkətinin Direktorlar Şurasında fəaliyyət göstərir. Aristidis Patrinos həmçinin Vaşinqtonda davamlı qlobal enerji və ətraf mühit dəyişikliyi üçün həll yollarını müdafiə edən işini davam etdirir.[3]

İstinadlar redaktə

  1. "Aristides A. N. Patrinos | NYU Center for Urban Science and ProgressNYU Center for Urban Science and Progress". 2014-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
  2. "Archived copy" (PDF). 2010-05-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
  3. "Archived copy" (PDF). 2010-05-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.

Xarici keçidlər redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024