Arkadi Naydiç Haqqinda Melumat - Vikipedia

Arkadi Naydiç Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Arkadi Naydiç

Azərbaycan şahmatçısı

Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001).

Arkadi Naydiç
alm. Arkadij Naiditsch
Arkadi Naydiç 2017-ci ildə
Arkadi Naydiç 2017-ci ildə
Ölkə Latviya Latviya (2005-ci ilə qədər)
Almaniya Almaniya (2005–2015)
Azərbaycan Azərbaycan (2015-ci ildən)
Doğum tarixi (38 yaş)
Doğum yeri Riqa, Latviya SSR, SSRİ
Titulu qrosmeyster (2001)
Son reytinqi 2702 (oktyabr 2017)
Maksimal reytinqi 2737 (dekabr 2013)
FİDE nömrəsi 4650891
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub.

1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır.

2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.[1]

2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.[2][3][4] 2017-ci ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionatının qızıl medalını qazanıb.[5] Bununla da o, iki ölkənin milli komandasının heyətində Avropa çempionu olan ilk qrosmeyster olub.[5]

Şəxsi həyatı redaktə

Naydiçin bacıları — İrina (doğ. 1986), Yevgeniya (doğ. 1987) və Mariya (doğ. 1988) da şahmat yarışlarında çıxış edirlər.[6]

Naydiç 2014-cü ilin oktyabrında İsrail şahmatçısı Yuliya Şvaygerlə evlənib.[7] Onlar hazırda Bakı şəhərində yaşayırlar.[8]

İstinadlar redaktə

  1. "Arkadij Naiditsch wins convincingly the 15th International Neckar Open". Chessdom. 1 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2011.
  2. "Arkadij Naiditsch to play for Azerbaijan". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  3. Player transfers in 2015 Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine FIDE. Retrieved 12 December 2015
  4. "Аркадий Найдич официально стал шахматистом Азербайджана". echo.az. 4 августа 2015. 2015-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  5. 5,0 5,1 "Aleksey Dreyev: Azərbaycan şahmatçıları əsl peşəkarlıq göstərdilər". ADİA. 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Noyabr 2017.
  6. "АРКАДИЙ НАЙДИЧ". ruchess.ru. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  7. McGourty, Colin. "Naiditsch: "I'm not afraid of anybody"". chess24. 2015-08-12. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
  8. "Arkady Naiditsch and Wife Move to Baku". chess-news. 2015-08-13. 2017-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.

Xarici keçidlər redaktə


Saytda 258 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024