Artemisia abrotanum Haqqinda Melumat - Vikipedia

Artemisia abrotanum Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müalicəvi yovşan

bitki növü
(Artemisia abrotanum səhifəsindən istiqamətləndirilmişdir)

Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Müalicəvi yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır.

Botaniki təsviri redaktə

Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır. Qələmlərlə çoxalır.

Ekologiyası redaktə

İşıqsevəndir, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması redaktə

Naxçıvan MR-da, Kiçik Qafqazda düzənliklərdə təbii halda bitir.

İstifadəsi redaktə

Müalicəvi yovşanın yerüstü hissəsində efir yağı, flavonoid birləşmələri, kumarinlər, aşılayıcı və acı maddələr, abrotanin və alkaloidlər vardır. Yarpaqlarının cövhəri və həlimi mədə-bağırsaq xəstəliklərində, soyuqdəymədə, anginada, sarılıqda, revmatizimdə, diş ağrısında və saçların bərkidilməsində istifadə edilir. Park və bağlarda, qarışıq əkinlərdə dekorativ kol kimi istifadəsi məqsədəuyğundur.

İstinadlar redaktə

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 845.

Həmçinin bax redaktə


Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024