Artemisia incana Haqqinda Melumat - Vikipedia

Artemisia incana Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ağarmış yovşan

(Artemisia incana səhifəsindən istiqamətləndirilmişdir)

Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Ağarmış yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı redaktə

İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır.

Botaniki təsviri redaktə

Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir.

Ekologiyası redaktə

Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması redaktə

Kiçik Qafqazda yayılmışdır.

İstifadəsi redaktə

Tərkibində efir yağı vardır,qida sənayesində və kosmetologiyada geniş istifadə olunur.

İstinadlar redaktə

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax redaktə


Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024