Artuq bəy Haqqinda Melumat - Vikipedia

Artuq bəy Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Artuk bəy

(Artuq bəy səhifəsindən istiqamətləndirilmişdir)

Artuk bəy və ya Zahirüldövlə Artuk bəySəlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.[1]

Artuk bəy
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi 1091
Vəfat yeri
Vətəndaşlığı
Uşağı
Hərbi fəaliyyəti
Rütbəsi general

Oğuzların Döğər boyundan olmuşdur.[2]

Anadoluda redaktə

Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.[3]

Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi. Lakin Artuk bəy gözlənilməz hücumla Mərvaniləri məğlub etdi. Hər bir halda, Məlikşah bunu eşitdiyi zaman Artuk bəyə qəzəbləndi.[4]

Suriyada redaktə

Artuk bəy döyüş meydanını tərk etdi və Məlikşahın kiçik qardaşı olan, onunla fikirləri uyuşmayan I Tutuşa qoşuldu. Bu hadisə 1084-cü ildə baş vermişdir. Artuk Suriyaya yollandı.

Artuk bəy 1086-cı ildə Tutuşun Qutalmışoğlu Süleyman məğlub edilməsində çox hümü rol oynadı. Süleyman Rum Səlcuqlu dövlətinin hökmdarı idi.

Qüdsdə redaktə

Qüdsü Tutuşdan iqta alan Artuk bəy öülümünə, yəni 1091-ci ilə qədər buranın canişini olmuşdur. Onun məzarı əl-Davadariya qapılarının yanında yerləşən xanəgahını ilə yanaşıdır. Bu qapılar hal-hazırkı Kral Faysal qapıları adlanır.

Populyar mədəniyyətdə redaktə

Türkiyə televiziya serialı olan Diriliş:Ərtoğrul-da Artuk bəy Ərtoğrul bəyin yaxın yoldaşı kimi təqdim edilir. Onu bu rolda türk aktyoru Ayberk Pekcan oynayır. Əslində isə, Artuk bəy Ərtoğrul bəydən çox əvvəl yaşamışdır.

Ədəbiyyat redaktə

  • Yücel, Yaşar; Sevim, Ali. Türkiye Tarihi Cilt I. Ankara: AKDTYK Yayınları. 1990.

İstinadlar redaktə

  1. Hillenbrand, Carole, History of the Jazira, 1100–1150: The Contribution of ibn al-Azraq al-Fariqi, Ph. D. thesis, University of Edinburgh, 1979, pg. 620
  2. "İslâm Ansiklopedisi Online (in Turkish)" Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine PDF Arxivləşdirilib 2017-08-14 at the Wayback Machine "TDV Encyclopedia of Islam" Arxivləşdirilib 2014-11-10 at the Wayback Machine. Retrieved 25 March 2015
  3. Yüce- Sevim p.164
  4. Yüce-Sevim, p.68

Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024