Artur Mkrtçyan Haqqinda Melumat - Vikipedia

Artur Mkrtçyan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Artur Mkrtçyan

erməni siyasətçi

Artur Aslanoviç Mkrtçyan (erm. Արթուր Մկրտչյան, d.16 fevral 1959, Hadrut, DQMV, Azərbaycan SSR – ö.14 aprel 1992, Xankəndi, Azərbaycan) — Qarabağ müharibəsi zamanı Qarabağ ermənilərinin hərbi və siyasi liderlərindən biri.

Artur Mkrtçyan
erm. Արթուր Մկրտչյան
Şəxsi məlumatlar
Doğum tarixi 16 fevral 1959(1959-02-16)
Doğum yeri
Vəfat tarixi 14 aprel 1992(1992-04-14) (33 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Artur Mkrtçyan Dağlıq Qarabağın Hadrut qəsəbəsində 1959-cu ildə doğulub. 1981-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982-ci ildə Moskvada Regionşunaslıq və Etnoqrafiya İnstitutunda aspirantura təhsilinə başlayıb. 1986-cı ildə İrəvana qayıdaraq orada Etnoqrafiya və Regionşunaslıq muzeyində işləyib. Daha sonra Qarabağa qayıdaraq Hadrut regionşünaslıq muzeyində işləyib. 1988-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Dağlıq Qarabağ Ali Sovetinin ilk çağırışdan deputatı seçilib. Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ Respublikası Ali sovetinin sədri olub.

1992-ci aprelin 14-də öz evində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Rusiya mətbuatı və Ermənistanın Moskvadakı nümayəndəliyi ilkin olaraq Mkrtçanın Azərbaycan xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü bildirsə də, rəsmi versiyaya əsasən Mkrtçyan silahla ehtiyatsız davranma nəticəsində ölüb. İndiyədək bu versiyaların heç biri sübuta yetirilməyib. Mkrtçyanın ölümündən sonra Rusiya, Fransa və ABŞ prezidentləri qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyinə başsağlığı veriblər.[1]

İstinadlar redaktə

Ən Son Axtarılanlar

Fayl:The_Future_of_the_Falkland_Islands_and_Its_People.pdf Görəsən Görəsən Görəsən_necə Görəsən_necə enxebervekil-dasinmen-emlakin-dovlet-reyesen-xidmetinin-1-sayli-baki-ereni-idaresi-suenndurmecilik-e Görəsən_necə Xeberher-kes-onun-dini-mensubiyyetinden-asilli-olmayaraq-toretdiyi-cinayet-emellerine- Fayl:The_philosophy_of_religion;_a_critical_and_speculative_treatise_of_man's_religious_experitrce_a ruxebervekil-dasinmru-emlakin-dovlet-reyesru-xidmetinin-1-sayli-baki-errui-idaresi-surundurmecilik-e trxebervekil-dasinmtr-emlakin-dovlet-reyestr-xidmetinin-1-sayli-baki-ertri-idaresi-sutrndurmecilik-e Kirman_Səlcuq_dÃàFayl:Володимир_Гройсман_у_Верховній_Раді.jpg Kirman_Səlcuq_dövlÉÃ Kirman_Səlcuq_dövləti Kirman_Səlcuq_dövləti Kirman_Səlcuq_dövləti Fayl:Watson's_magazine_(serial)_(IA_watsonsmagazines163wats).pdf Fayl:Preparation_of_a_carbonate-free_complex_calcium_aluminate_(IA_jresv69An1p45).pdf Fayl:Contributions_of_NIST-NBS_researchers_to_the_crystallography_of_construction_materials_(IA_jres
Dostlarınla Paylaş

Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024