Aspirantura Haqqinda Melumat - Vikipedia

Aspirantura Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aspiranturaali təhsilli şəxslərin ixtisas səviyyələrinin artırılması, təhsil sisteminin ali təhsildən sonrakı növbəti hissəsi. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işinin aparılması və yekununa görə elmim dərəcənin elmlər namizədi adının verilməsi.

Ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin yüksək səviyyəli ali məktəb müəllimləri və elmi işçilərin hazırlanması üçün xüsusi bölməsi. Aspirantura Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişdir. Aspirantura şəbəkəsi indi Rusiya Federasiyası və bir neçə ölkədə qalmaqdadır.

Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru ardıcılllığı ilə aparılır.

Аdyunktura, klinik ordinatura redaktə

  • Аdyunktura — ali hərbi məktəblərin aspiranturası.
  • Klinik ordinatura həkimlərin tibb universitetlərində və tibb elmi-tədqiqat institutlarında elmi ixtisaslarını artırma forması.

Аspirant redaktə

Аspirant (latın dilində " aspirans " "nəyəsə can atan ") — aspiranturada təhsil alan, elmlər namizədi elmi adı almaq üçün dissertasiyasını müdafiəyə hazırlayan şəxs.


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024