Astabad Haqqinda Melumat - Vikipedia

Astabad Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

AstabadNaxçıvan şəhərindən 12 km cənub – şərqdə, Araz çayının sahilində yerləşən orta əsr şəhəri. Məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu[1] və yaşadığı şəhər.

Qədim şəhər
Astabad
39°07′19″ şm. e. 45°24′27″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan rayonu
Salınma tarixi XII - XIII əsrlər
Milli tərkibi Azərbaycan türkləri
Müasir yeri Naxçıvan şəhərindən 12 km cənub - şərq
Astabad xəritədə

Tarixi redaktə

Şəhərin xarabalığı indiki Təzəkəndin yaxınlığındadır. Astabad şəhərinin adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə təsadüf edilməkdədir. XVIII – XIX əsrlərdə isə şəhərin adı tədricən unudulmuş, bəzən isə yaxınlığındakı monastırın adı ilə Qızılvəng adlandırılmışdır. 1895-ci ildə Astabadda gildən yüksək hazırlanmış kişi heykəlləri tapılmışdır. 1926-cı ilə qədim qəbirsanlıqdakı arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar olunmuşdur.[2]

Orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur.[3] Tədqiqatçılar həmin hərəkatın banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339–1394) də bu şəhərdə doğulduğunu və yaşadığını qeyd edirlər. Nəimi doğma şəhərinin şərəfinə "Astabadi" təxəllüsünü götürmüşdür.[4]

Şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və tərk edilmişdir. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır. Şəhərdə epizodik şəkildə tədqiqatlar aparılmış, ciddi elmi axtarış və qazıntılara cəlb edilməmişdir.[5]

Astabad nekropolu redaktə

Astabad nekropolu Astabad şəhəri yaxınlığında orta əsrlərə (XII – XVIII əsrlərə) aid qəbirsanlıqdır. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur. Bəzi qəbirlərin üzərində sənduqə və daş qoç tipli abidələr olmuşdur. Bu qəbir daşlarının əksərinin üzərində ərəb qrafikası ilə kitabələr saxlanmışdır.

Nekropolda kəşfiyyat xaraketrli tədqiqat aparılmışdır. 1967–1971-ci illərdə Araz su qovşağının tikintisi zamanı Astabad nekropolu da su altında qalmışdır.[5]

İstinadlar redaktə

  1. АМЕА, Очерки по истории азербайджанской философии, Том 1, Изд.во Академии наук Азербаиджанской ССР, 1966
  2. Naxçıvan abidələri ensiklopediyası, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 28.
  3. Змрд Кули-заде — Хуруфизм и его представители в Азербайджане, "Элм,", 1970, стр. 207
  4. Али Сумбатович Сумбатзаде — Азербайджанцы, этногенез и формирование народа, "Элм", 1990, стр. 216
  5. 1 2 "Naxçıvanın su altında qalan abidələri..." Azadlıq qəzeti. 1 noyabr 2013. səh. 14. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-05.

Həmçinin bax redaktə

Ən Son Axtarılanlar

Fayl:Harvard_University_-_a_brief_statemrut_of_what_Harvard_University_is,_how_it_may_be_rutered_and Fayl:A_catalogue_of_law_books_prepared_with_especial_referazce_to_the_requiremazts_of_the_legal_prof Fayl:The_economy_of_health,_or,_The_sazeam_of_human_life_from_the_cradle_to_the_grave_-_with_reflect Fayl:The_life_of_Sir_Humphry_Davy,_bart.,_LL.D._-_late_presidazt_of_the_Royal_Society,_foreign_assoc Şəkil:Tiktok.png Fayl:Elemruts_of_physiology_(electronic_resource)_-_for_the_use_of_studruts,_and_with_particular_ref Fayl:The_Social_Security_(Work-focused_Interviews_for_Lone_Parruts_and_Partners)_(Amrudmrut)_Regulat Fayl:Notes_and_Queries_-_a_Medium_of_Intercommunication_for_Literary_Mtr,_etc_(IA_notesqueriesmedi27 Fayl:On_the_advancemazt_of_midwifery_education_in_Scotland_-_a_letter_addressed_to_Dr_Andrew_Wood,_P Fayl:An_inquiry_into_the_causes_and_consequences_of_the_Orders_in_Council_(microform)_-_and_an_exami İstifadəçi_müzakirəsi:About672599 Fayl:List_of_premiums_and_rules_and_regulations_of_the_North_Carolina_State_Fair._(IA_listofpremiums àŸà»ÑàFayl:New-Dark_Evangelist_1874-05-07-_Vol_45_Iss_19_(IA_sim_evangelist-and-religious-review_1874-05-0 Fayl:New-Dark_Evangelist_1874-06-11-_Vol_45_Iss_24_(IA_sim_evangelist-and-religious-review_1874-06-1 Fayl:The_fruit_gardaz_-_a_rueatise_intazded_to_explain_and_illusruate_the_physiology_of_fruit_ruees, Fayl:The_young_people's_Wesley_(IA_youngpeopleswesl01mcdo).pdf enxeberesirlerin-mubadilesi-etimad-quazculugu-prosesinde-muhum-addim-hesab-edilib-yekun-sulhe-yaxi Fayl:Lecture_delivered_at_the_opruing_of_the_model_and_normal_training_schools_at_Fredericton_(micro
Dostlarınla Paylaş

Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024