Astragalus caraganae Haqqinda Melumat - Vikipedia

Astragalus caraganae Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Astragalus caraganae

bitki növü

Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i).

Astragalus caraganae
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri redaktə

Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləmə may, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında, quru daşlı yamaclarda, qayalı ərazilərdə rast gəlinir.

Yayılması redaktə

Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Qarababa, Badamlı, Kükü kəndləri ətrafı və Keçəldağ).

Sayı və tendensiyası redaktə

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər redaktə

Populyasiyanın zəif təkrarlanması, ekoloji və antropogen təsirlərdir.

Mühafizə tədbirləri redaktə

Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Zəngəzur Milli ParkıArpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

Sinonimləri redaktə

Homotipik sinonimləri redaktə

  • Tragacantha caraganae (Fisch. & C.A.Mey.) Kuntze

Heterotipik sinonimləri redaktə

  • Astragalus borudjerdicus Parsa
  • Astragalus caraganae var. brevicalyx Eig
  • Astragalus nachitschevanicus Rzazade
  • Astragalus peregrinus Fisch. & C.A.Mey. ex Bunge
  • Astragalus warackensis Freyn

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024