Atəşgah Haqqinda Melumat - Vikipedia

Atəşgah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Atəşgah (Bakı)

Müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah alov məbədidir
(Atəşgah səhifəsindən istiqamətləndirilmişdir)

AtəşgahAzərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlərsiqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir.[1] XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir.

Atəşgah
Mərkəzi alov məbədi
Müqəddəs alov
Xəritə
40°24′56″ şm. e. 50°00′31″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Abşeron
Yerləşir Suraxanı
Aidiyyatı Zərdüştülük
Əsas tarixlər
  • III əsrKəbeyi-Zərdüştdə mobed Kartirin Cənubi Qafqazda alov məbədi inşası haqqında məlumat verilir.
  • V əsrMoisey Xorenatsi Baqavanda I Ərdəşirin göstərişi ilə alov məbədi tikildiyini yazır.
  • 1880 – Məbədin sonuncu pars mobidi vəfat edir.
  • 1887 – III Aleksandr məbədi ziyarət edir.
  • 6 yanvar 1902 – Məbəddəki sonuncu təbii alov sönür.
  • 1975 – Restavrasiya işlərindən sonra məbəd ziyarətə açılmışdır.
  • 1998 – Məbəd UNESCO Ümumdünya irsinə namizəd göstərilmişdir.
  • 2007 – Məbəddə restavrasiya işləri aparılmışdır.
Tikilmə tarixi XVII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Cahartağ
Vəziyyəti yaxşı
Rəsmi sayt
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iii
Təyin edilib1998
İstinad nöm.1172
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.1
ƏhəmiyyətiDünya əhəmiyyətli
Atəşgah (Azərbaycan)
Atəşgah
Kompleksin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir.

Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.[1]

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.[2] Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir.

1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.

Tarixi redaktə

Cənubi Qafqazda erkən orta əsrlərdə atəşpərəstlik redaktə

 
Engelbert Kempfer — Suraxanıda Atəşgah və yeddi müqəddəs alov, XVII əsr.

Bakı ətrafı ərazilər erkən orta əsrlərdən etibarən mənbələrdə sönməz alovlar məkanı kimi qeyd edilir. Sara Aşurbəyli qeyd edir ki, bu fenomen haqqında ən erkən məlumat Bizans tarixçisi Panili Prisk tərəfindən verilmişdir.[3] Skifiyadan Midiyayadək yolu sonralar "ittifaq bağlamaq üçün Romaya gəlmiş" hun başçılarının dilindən təsvir edən Panili Prisk nəql edir ki, farslar tərəfındən təqib olunan hun qoşunları ölkəni qarət edərək Midiyadan Skifiyaya "… sualtı qayalarından alov qalxan… (ex Petra maritim tlamma ardet)" başqa yolla qayıtdılar.[4] N.Xanıkovun fikrincə, bu məlumat "şəksiz, əbədi Bakı odlarına aiddir".[5]

Bu ərazilərdə yanan qaz çıxması haqqında məlumatlara həm də VII–X əsrlərdə fəaliyyət göstərmiş erməni və ərəb tarixçilərinin əsərlərində rast gəlinir. Cənubi Qafqazda ən Zərdüştiliyə ibadət ənənələri burada alov məbədləri inşa etdirmiş Sasanilərin hakimiyyəti dövründə yayılmağa başlamışdır.[6] Kəbeyi-Zərdüştdə mobed Kartirin (III əsr) kitabəsindən məlum olur ki, o, Cənubi Qafqazda müqəddəs alovlar üçün məbəd inşasına göstəriş vermiş və həmin məbədlərdə ibadət üçün kahinlər təyin etmişdir: "bütün ölkə ərazisinə….Albaniya və Balasakanda Alban qaplarına kimi…olan maqlar və odları qaydaya saldım, onların incidilməsi və talan edilməsinə imkan vermədim və onlardan alınan nə var idisə özlərinə qaytardım; onların bəzilərini öz ölkəmizə gətirdim və burda məzdəki imanına gətirdim, yaxşı maqları əla və hörmətli maqlara çevirdim."[7]

Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində "Atli Bağavan" toponimini istifadə edir[8], K.P.Patkanov[9], S.T.Yeremyan[10] və S. Aşurbəyli[11] belə hesab edirlər ki, həmin toponim Atəşi-Bağavan adının təhrif olunması nəticəsində meydana gəlmişdir. Moisey Xorenatsi Baqavan əyalətini təsvir edərkən "Eotnporakian baqnk" (azərb. Yeddiquyulu məbəd‎) toponimini qeyd edir və Baqavanda şahənşah I Ərdəşirin (227–241) göstərişi ilə alov məbədinin inşa edildiyini deyir.[12] 624-cü ildə Bakı ərazisinə daxil olan Bizans imperatoru İrakli "perslərin yanan qaza ibadət etdikləri çoxlu sayda məbədi dağıtmışdır."[13] S. Aşurbəylinin fikrincə, atəşpərəstlərin ibadətgahı, yaxud Abşeronda məşhur yanar qazların çıxması ilə bağlıdır.[14] S. Yeremyan isə qeyd edir ki, burada söhbət zərdüştlüyün sitayiş abidəsindən kənd adına çevrilmiş atəşpərəstlik məbədindən gedir.[15]

 
Jan-Pyer Moynet — Bakı atəşgahında gebrlərin ibadəti, 1860.

VIII əsr erməni tarixçisi Gevond öz əsərində sönməz alovların yandığı "Atşi-Baquan" şəhərini qeyd edir.[16] Bəzi tədqiqatçıların fikrincə "atşi" "atəş" sözünün dəyişdirilmiş forması olmaqla "Atşi-Baquan" – "müqəddəs odlar məkanı" anlamını ifadə edir[17] və bu adla Bakı şəhəri nəzərdə tutulur.[18]

930-cu ildə İstəxri "Yollar və ölkələr kitabı"nda yazır ki, Bakı yaxınlığında sakinləri zərdüşti olan kəndlər vardır.[19] Sonradan həmin məlumatı ərəb coğrafiyaşünası Əbülfəda da təkrar edir.[20] Gürcü salnaməsi "Kartlis Tsxovreba"da XIII əsrə kimi Bakı şəhəri Baqavan adı ilə qeyd edilir.[21]

Abşeron yarımadasında Pirallahı adasında, Suraxanı kəndində, Bakı buxtasında, Qız qalası yaxınlığında sahildə, Şubanı dağında yanar qazların yer səthinə çıxmasını orta əsr müəllifləri qeyd etmişlər. Neft və yanar qaz mənbələri ilə zəngin olan Abşeron da Paytakaran əyalətinə daxil idi. Ehtimal ki, Atəş-i Bağavan adı qədim zamanlarda Bakı həndəvərində, yaxud Abşeronda mövcud ola bilən qədim atəşpərəstlik məbədləri ilə bağlıdır. Təsadüfi deyildir ki, Baki əhalisi arasında indiyədək belə bir rəvayət dolaşır ki, İçəri şəhərdəki Cümə məscidi qədim atəşpərəstlik məbədinin yerində tikilmişdir. 1873-cü ildə Bakıda Cümə məscidini görmüş səyyahların təsvirinə görə məscidin ortasında üstləri örtülməmiş dörd tağ ucalırdı. Bu tağlar məsciddən qədim olub, müsəlmanların məscidə çevirdikləri qədim atəşpərəstlik məbədinin qalıqları idi.[22]

1683-cü ildə Bakı şəhərində olmuş alban səyyahı Kempfer də Suraxanı kəndində yeddi müqəddəs alov quyusu olmasını qeyd edir: "…qədim fars tayfası nəslindən olan iki nəfər, gəlmə atəşpərəst hindlilər tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, yerdən çıxan alova baxaraq ona səcdə edirdilər". O, sonra yazır: "…əvvəllər buradan beş yüz metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır"[23]

XVII–XVIII əsrlərdə redaktə

 
Villem Kizevetter — Suraxanı atəşgahı, Avropa Mədəniyyətləri Muzeyi, Berlin

Təxminən XV–XVI əsrlərdən etibarən ŞirvanHindistan arasında diplomatik və ticari əlaqələrin genişlənməsinə başlanılır. Həmin dövrdə Şimali Hindistandan olan parça və ədviyyat tacirləri, həmçinin şivaizm və siqh monnas sektası[24] mənsublarının hesabına Suraxanı atəşgahı bərpa edilərək hinduist və siqh ibadətgahı kimi istifadə edilir.[25][26][27] XVII əsr mənbələri Bakıdakı oda səcdə etmək üçün səfərə çıxmış hindli zəvvarlar haqqında məlumat verir. Məbəd ərazisindəki ən qədim tikili 1713-cü ilə, ən yeni tikili isə kitabəyə əsasən 1810-cu ildə tacir Kançanaqaranın hesabına inşa edilmiş mərkəzi altardır.

XVIII əsr ərzində ibadətgahın ətrafında bir-birinə bitişik inşa edilmiş ibadət zalları, hücrələr və karvansara meydana gəlmişdir. Hücrələrdə davanaqari və qumruki hind əlifbaları ilə yazılmış müxtəlif məzmunlu kitabələr dövrümüzə çatmışdır. XIX əsrin əvvəllərinə məbəd kompleksi artıq dövrümüzə çatdığı görünüşü əldə etmişdi. Yerli memarlıq ənənələri əsasında inşa edilmiş Atəşgah, özündə həm də qədim alov altarlarının xüsusiyyətini birləşdirir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş portalına malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir.

Məbəd yaxınlığında hazırda daşlarla doldurulmuş dərin dördbucaqlı quyu yerləşir. Əvvəllər həmin quyuda vəfat etmiş dindarların cəsədləri müqəddəs odda yandırılırdı. İbadətgah ərazisində yaşamış onlarla dindar rahiblər cəmiyyətdən aralı həyat sürərək müqəddəs alov vasitəsilə bədənlərini və ruhlarını təmizləyirdilər. Onlar boyunlarından ağırlığı 30 kiloqrama kimi çatan zəncirlər asır, bədənlərinin müxtəif yerləri yanana kimi kalsium oksid üzərində uzanırdılar. Məbəd kahinləri heç bir işlə məşğul olmur və zəvvarların iyanələri hesabına yaşayırdılar. Onlar inanırdılar ki, ölümdən sonra insanın ruhu dirilir və yenidən yerə qayıdır. Ruhun hörmətli adam və ya hansısa heyvan cildində qayıtması isə insanın sağ ikən topladığı müsbət karmaların miqdarından asılıdır.

 
Qriqori Qaqarin — Bakı atəşgahında hinduistlərin ibadəti, 1847, Nyu-York İctimai Kitabxanası.

Bundan başqa bir sıra mənbələrdə məbədin hinuistlər və siqhlərlə yanaşı həm də zərdüştilər (parslar və gebrlər) tərəfindən istifadə edilməsi haqqında məlumatlar vardır. XVII əsrin 60-cı illərində Şarden Şamaxıdan iki günlük yol məsafəsində, yəni Abşeron yarımadasında yerləşən əbədi yanan odlara sitayiş edən pars-gebrlar haqqında məlumat verir.[28] 1683-cü ildə Suraxanıda olmuş E. Kempfer yazır ki, oda ibadət edən şəxslər arasında iki nəfər Hindistana köçmüş parsların varisləridir.[29]

1689-cu ildə Azərbaycanda yaşamış fransız yezuiti Villot xəbər verir ki, Atəşgah hinduistlər və qədim parsların varisləri olan gebrlər tərəfindən ziyarət edilir.[30] 1733-cü ildə məbədi ziyart etmiş alman səyyah Lerx yazır ki, burda "12 gebr və ya odu sevən qədim pars" yaşayır.[31] 1747-ci ildə Bakıya səfər etmi C. Hanvey də Atəşgah haqqında məlumat verir və burda xidmət edən kahinləri hinduslar, parslar və gebrlər adlandırır.[32] 1770-ci ildə Atəşgahı ziyarət etmiş S. Qmelin yazır ki, məbəddə hinduslar və qədim gebrlərin varisləri yaşayırlar.[33]

1820-ci ildə fransız konsul Jak Fransua Qamba məbədi ziyarət etmişdir. Onun sözlərinə görə məbəd "Zartichigay" adlandırılmış və orda hinduslarla Zərdüştün ardıcılları olan qədim gebrlər yaşamışlar.[34] Məbəd əsasən hinduslar tərəfindən istifadə edilsə də, onun memarlığı ənənəvi hinduizm məbədlərinin memarlığından əsaslı şəkildə fərqlənir: məbəd özü hər biri dünyanın müxtəlif səmtlərinə istiqamətlənən yarımdairəvi "cahartağ" formasına malikdir. Cahar-tağ formalı od məbədlərinin inşas Sasanilər dövrünün məbəd memarlığına aid olmaqla əsasən imperiyanın qərb tərəflərində yayılmışdı. Bu tipli alov məbədləri Anidə (hazırda Türkiyənin Qars ili), Niasarda (İranın İsfahan ostanı) və başqa ərazilərdə də inşa edilmişdi. C. Rasselin fikrincə, ola bilsin ki, Bakı atəşgahı hazırda mövcud olan məbədin inşasından əvvəl də Cənubi Qafqazda zərdüştiliyin mərkəzi olmuşdur.[35]

XIX–XX əsrlər redaktə

 
A. Asşer — Bakı atəşgahı, 1865, Britaniya Milli Kitabxanası

XIX əsrdə Rusiya-İran müharibəsinin başa çatması və Cənubi Qafqazın tamamilə Rusiya imperiyasının tərkibinə qatılmasından sonra Suraxanı atəşgahı Rusiyada məşhurluq qazanır, Avropa və Rusiya səyyahları tez-tez məbədi ziyarət edirlər. 1820-ci ildə Fransa konsulu Qamba məbədi zyarət edir. Qambanın sözlərinə görə həmin dövrdə məbəddə hindus və Zərdüşt ardıcılı olan gebr kahinlər yaşayırdılar.[36]

1840-cı ildə Dərbənd şəhərini ziyarət etmiş karaim ailimi Avraam Firkoviç burda Bakı zərdüştiləri ilə dini müzakirələr aparmış və bu haqqda məlumatları özünün "Avney-Zikaron" adlı əsərində qeyd etmişdir. Rus komendantının opponentini bramin kimi təqdim etməsinə baxmayaraq, müzakirədən onun zərdüşti olması məlum olur. Firkoviç ondan soruşur ki, "Siz niyə oda ibadət edirsiz? Məgər od da digər şeylər kimi yaradılmış deyilmi?". Bakıdan olan zərdüşti isə cavabında deyir ki, onlar oda yox, onu yaradana (Q’rt’) ibadət edirlər, od isə yaradanın simvoludur. Yaradanın bildirilməsi üçün istifadə edilən Q’rt’ termini pəhləvi Kerdarı – Yaradıcısıdır. Həmçinin burda diqqəti çəkən daha bir məqam müzakirənin türk dilində aparılması, yəni Bakıdan getmiş zərdüştinin Azərbaycan dilində rahat danışa bilməsidir.[37]

1858-ci ildə Atəşgahı ziyarət etmiş fransız yazıçı Aleksand Düma (ata), məbəddə xidmət edən kahinləri parslar, gebrlər və maqlar adlandırmışdır.[38] 19 sentyabr 1863-cü ildə məbədi ingilis Asşer ziyarət etmişdir. O, məbədi "Ataş Dja" adlandırır, orada İran və Hindistandan olan zəvvarların da yaşadaığını bildirir.[39]

1872-ci ildə məbədi alman baron Maks Tilman ziyarət edir. Sonradan o,, xatirələrində yazır: "Bombeydəki pars cəmiyyəti öz kahinlərini buraya göndərmişdir və onun yaxın bir neçə ildən sonra əvəzlənəcəyi gözlənilir. Onun burda olmsı çox vacibdir. Çünki, bura İran sərhədlərindən (Yəzd, Kirman) və Hindistandan çoxlu sayda zəvvarlar gəlir, bir neçə ay və ya il məbəddə yaşayırlar."[40]

1876-cı ildə ingilis səyyahı Ceyms Brüs məbədə baş çəkir. O, qeyd edir ki, Bombey parslarının iyanələri məbəddə kahinin saxlanılmasına sərf olunur.[41] Təxminən həmin dövrdə Atəşgahda olmuş Pyer Ponafidin məbəddə Bombeydən olan iki pars mobedinin xidmət etddiyini yazır.[42] Brüsdən sonra məbədi ziyarət etmiş Ernest Orsol yazır ki, 1864-cü ildə pars mobedin ölümündən sonra Bombey parsları buraya yeni kahin göndərsələr də, zəvvarların məbədə axını getdikcə azalır və 1880-ci ildə məbəddə artıq heç kim yaşamırdı.[43] Buna baxmayaraq 1879-cu ildə Atəşgahda olmuşş O’Donovan burada gebrlərin dini ibadət mərasiminin şahidi olduğunu yazır.[44]

1898-ci ildə "Men and Women of India" jurnalında nəşr edilmiş "Bakıda qədim zərdüşti məbədi" adlı məqalədə müəllif Atəşgahı "pars məbədi" adlandırır və sonuncu zərdüşti kahininin məbədə otuz il əvvəl (1860-cı illərdə) göndərildiyini deyir.[45] 1905-ci ildə C. Henri öz kitabında qeyd edir ki, təxminən iyirmi beş il əvvəl (1880-ci illərdə) Suraxanıda sonuncu pars kahini vəfat etmişdir.[46]

Neft-qaz sənayesinin inkişafa başladığı dövrdə — 1855-ci ildə Atəşgh yaxınlığında zavod inşa edilir və məbədin təbii alovları tədricən zəifləməyə başlayır. 1887-ci ildə alovları zəifləmiş məbədi Rusiya imperatoru III Aleksandr ziyarət edir. 6 yanvar 1902-ci ildə Bakı atəşgahının sonuncu təbii alovu da sönür.[47]

XX əsrin əvvəllərində tədqiqatçı M. S. Sayapin Syraxanıdan 11 km aralıda yerləşən Hövsan sakinindən aldığı məlumatı qeyd edərək deyir ki, XIX əsrin ikinci yarısında məbəd ətrafında hələ də oda ibadət edən yaşlılar yaşayırdılar, onların övladları isə artıq müsəlman idilər.[48] 1925-ci ildə "Azərbaycanın tədqiqi və öyrənilməsi cəmiyyəti"nin dəvəti ilə Bakıya gəlmiş pars professor C.C. Modi ölkənin o zamankı rəhbəri olan Səməd ağa Ağamalıoğlu ilə görüşür. Görüş zamanı alim bildirir ki, pars ənənəsi hər zaman Azərbaycanı əbədi alovlar ölkəsi kimi qeyd edir və o, bu səfərini Vourukaş dənizi və əbədi alov məbədinə ziyarət kimi qəbul edir. Alim həm də bildirir ki, pars əlyazmalarında "Xəzər dənizinin qərb sahilindəki alov məbədləri" haqqında məlumat verilir.[49] Modi Xəzər sahilində ayin həyata keçirir, bundan sonra qədim atəşgədə hesab etdiyi Qız qalasını ziyarət edir və sonda o zaman artıq tərk edilmiş olan Suraxanı atəşgahını ziyarət edən alim çoxlu sayda hindu kitabələrinə görə məbədi hinduizm ziyarətgahı hesb etmişdir.[50]

1925-ci ildən sonra əlli il ərzində məbəd tərk edilmiş vəziyyətdə qalmışdır. 1975-ci ildə ətraflı restavrasiya işlərindən sonra Atəşgah yenidən ziyarət üçün açılmışdır. 2007-ci ildə məbəddə yenidən restavrasiya işləri həyata keçirilmişdir.

1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınması üçün namizəd göstərilmişdir.[51] Hazırda da Atəşgah parslar və zərdüştilər tərəfindən ayinlərin keçirilməsi və ibadət üçün istifadə olunur.[52]

Kitabələri redaktə

Bəzi hücrələrin giriş qapısı üzərində daş üzərində yazılmış ithaf kitabələri vardır. Abidə ərazisində dövrümüzə 14 hinduizm, 2 siqh və 1 zərdüşti kitabəsi çatmışdır. XX əsrin əvvəllərində abidəni ziyarət etmiş Cekson 18 kitabə saydığını yazır.[53] Onlardan ən erkəni Samvat 1770-ci ilə (Miladi 1713) aiddir.

Məbədin kitabələrindən 14-ü "B. A. Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası"na (rus. Атласе к путешествию Б. А. Дорна по Кавказу и южному побережью Каспийского моря) daxil edilmişdir.[54] 1950-ci ildə C. M. Unvala həmin kitabələrdən 16-nı nəşr etdirmişdir. Devanaqari yazısı ilə yazılmış kitabələrin tərcüməsini verməyən alim qeyd edir ki, heç bir məşhur sanskritoloq onları tam deşifrə edə bilməmişdir.[55]

Bəzi kitabələrin sonunda onların yazılma tarixi göstərilmiş və bunun əsasınd da kitabələrin XVIII–XIX əsrlərə aid olması müəyyənləşdirilmişdir. Bəzi hinduizm kitabələri ciddi zədələndiyindən onların oxunması mümkün olmamışdır.

Zərdüşti kitabələri redaktə

 
Atəşgahdakı yeganə zərdüşti kitabəsi

Kitabə dörd sətirlik şeir formasında yazılmışdır:

  1. Alov bir sıra kimi yanır
  2. Bavandan olan isfahanlı Badaka gəlib
  3. "Gələn yeni il mübarək olsun" – o dedi.
  4. Ev Sombole ayı 1158-ci ildə quruldu.

Birinci sətirdə müəllif məbəd ətrafındakı hücrələrdə yanan alov sıraları və ya dairələrinin olmasından danışır.

İkinci sətirdə müəllif əslən İsfahan və Bavandan olduğunu, Badakda böyüdüyünü deyir.[56] Bavan, İsfahanın cənbunda yerləşən kiçik kənddir.[57] İsfahan və onun şəhər ətrafında XVII əsrdə zərdüşti icması yaşayırdı. Şah Sultan Hüseynin hakimiyyəti dövründə (1694–1722) bütün İsfahan zərdüştilərinə məcburən İslam qəbul etdirilmiş, az sayda adam xilas olmuşdur. Bu günə kimi Yəzd ətraflarında həmin qaçqınların nəsillərindən gələn ailələr yaşamaqdadırlar.[58] Слово "Бадак" использовано как уменьшительное название г. Баку для сохранения рифмы стиха. (Название Баку в источниках XVI–XVIII вв. в. писалось как Бадку, Бад-е кубе[59]

Badak sözü isə rifmi saxlamaq üçün şeirlərdə Bakı sözünün yerinə işlədilirdi. Bakı adı XVI–XVIII əsr mənbələrində həm də BadkuBad-e kubə kimi yazılır.

Üçüncü sətirdə Yeni ilin gəlməsindən bəhs edilir, sonda isə 22 avqust – 22 sentyabr arasında baş verən Sombole bürcü – Kolos (Qız) bürcü xatırlanır. Ayın adnın yazılması zamanı sözün sonunda səhvən h yerinə I yazılmışdır. Sonuncu şəkildə 1158-ci il göstərilmişdir ki, bu da 1745-ci ilə təsadüf edir və yaxında yerləşən hinduzim kitabəsi ilə eyni vaxta düşür. İran zərdüştiləri öz təqvimlərini istifadə edir və həmin təqvimə əsasən Yeni ili (Novruz bayramı) qeyd edirdilər.

Hinduizm kitabələri redaktə

 
Atəşgah altarında sankrit və hindistani dillərində kitabə.

Hinduizm kitabələri hindistani dilinin marvari ləhcəsində, devanaqri yazısı və mahacani yazısının saitlər səslənməyən növündə yazılmışdır ki, bu da onların oxunmasını çətinləşdirir.

Demək olar ki, bütün hinduizm kitabələri "Šri Ganešāya namah" (Müdriklik tanrısı Qaneşə həmd olsun) ithaf ifadəsi ilə başlayır. Bəzi kitabələrdə sanskritlə yazılmış şeirlər və əlavə ifadələrə də rast gəlinir.

Daha çox diqqət çəkən mərkəzi altarda yerləşdirilmiş Naqari şrifti ilə yazılmış kitabədir:

  1. Om, Qaneşə həmd olsun
  2. 3, 4 Xoşbəxtlik! Hörmətli hökmdar Vikramaditin hakimiyyəti dövründə hörmətli alov üçün portal inşa edilmişdir. Gəzgin asket zahir Kançangir
  3. Mahadev, Koteşvar, Ramadat sakinlər
  4. 1866-cı il asodcun qaranlıq yarısının səkkizinci günü

Qaneş və ya Qaneşa müdriklik tanrısıdır. Vikramaditin hakimiyyəti dövrü e.ə. 58-ci ildən hesablanır. Kitabənin sonunda tarix həmin hesabla göstərilmişdir. Mahadeva Şivanın epitetidir. Həmin epitetin kitabədə göstərilməsi, kitabə müəllifinin (Kançangir) şivait olduğunu göstərir. Asodca hind təqviminin yeddinci ayıdır. Həmin ay Qriqotyan təqvimi ilə sentyabrın sonu – oktyabrın əvvəllərinə uyğundur. Vikramadit təqvimi ilə 1886-cı il miladi təqvimlə 1810-cu ilə uyğundur. Kitabənin dili məsələsinə gəldikdə, yalnız giriş ifadəsi tamamilə sanskrit dilində yazılmış, qalan hissələr isə hindistani dilində yazılmışdır.

Siqh kitabələri redaktə

 
Birinci siqh kitabəsi

Hər iki kitbə pəncab dilində qurmuki yazısı ilə yazılmış yeddi sətirdən ibarətdir. Cümlələr bir-birindən horizontal xəttlərlə ayrılmışdır. Giriş mətni siqhlərin gündəlik duası olan Capudci-sahibdən ibarətdir.

I Kitabə
  1. Ek Oanq Kar. Quru ləyaqətlidir, həqiqidir, qorxusuz insan yaradandır, nifrətsiz, ölüm formasız, mənşəsiz və özünüdoğandır.
  2. Mərhəmətli Quru kömək olsun!
  3. Bamqa sakininin tələbəsi Melaramanın tələbəsi Karatarama Udasi
  4. Cavaladci adlı bu müqəddəs yer inşa edilib…
II Kitabə
  1. Om. Adı həqiqi olan, insanı yaradan, qorxusuz və nifrətsiz, ölüm formasız, mənşəsiz və özünüdoğan Qurunun mərhəməti ilə.
  2. O Nanaka! Həqiqi olan və həmişə həqiqi olacaq əbədi sonsuz reallıq haqqında fikirləş!
  3. Mərhəmətli Quru kömək olsun!
  4. Bava Cadusaxanın tələbəsi bava Bamkesaxanın tələbəsi …rasaxa bu müqəddəs yeri inşa etdi.

Bamqa Pəncabın Caluncara rayonunda yerləşən məşhur şəhərdir. Kitabələrdə xatırlanan adların sonu sinqhlə qurtarmır. Bu, onu göstərir ki, həmin şəxslər sərt mənada siqh olmamış, sadəcə siqh əqidəsinə inanan monnaslar olmaqla siqhizmin xarici rituallarına əməl etməmişlər.

Birinci kitabədə siqh əqidəsinə daxil olmayan hinduizm ilahəsi Civaladcinin adı xatırlanır.

Memarlıq xüsusiyyətləri redaktə

Abidəni tədqiq etmiş əksər tədqiqatçılar qeyd edirlər ki, ümumi memarlıq xüsusiyyətlərinə görə o, Azərbaycanın şəhər karvansaralarını xatırladır.[60] Beşguşəli həyətin mərkəzində rotonda – pavilyon yerləşir. Həmin rotonda kompleksin əsas alov məbədidir və bütün qurbanlar həmin məbəddə yanan müqəddəs alov gətirilirdi. Alov altarını əhatə edən abidənin ətrafında dindarların yaşaması üçün hücrələr inşa edilmişdir.[61] Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı — balaxana yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır.[62]

Atəşgah adlanan digər məbədlər redaktə

Azərbaycan ərazisində digər qədim Atəşgah məbədi Xınalıq kəndindən 5 km qərbdə təbii qaz çıxışı yerinin üzərində inşa edilmişdir.

Cənubi Qafqazda digər Atəşgah Ani şəhəri ərazisində yerləşir. Başqa bir Atəşgah isə Cənubi Azərbaycanda Qazaka şəhərində yerləşir. Azərgüşnasp məbədi adlanan həmin məbədin xarabalıqları dövrümüzə çatmışdır. Digər Atəşgah İranın İsfahan şəhərində yerləşir. Hazırda həmin məbəd də restavrasiya edilmiş və muzeyə çevrilmişdir.

İstinadlar redaktə

  1. 1,0 1,1 К. М. Мамедзаде. Строительное искусство Азербайджана (с древнейших времен до XIX в.), Баку, 1983.
  2. "Распоряжение Президента Азербайджанской Республики "Об объявлении территории Храма Атешгях в Сураханском районе города Баку Азербайджанской Республики Государственным историко-архитектурным заповедником "Храм Атешгях""". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.
  3. Ашурбейли, С.А. История города Баку (408). Баку: Азернешр. 1992. 327. ISBN 5-552-00479-5.

    Атешгях был построен местными мастерами, как видно, по плану индийцев, заказавших этот памятник. Известно, что зона Баку уже в раннем средневековье отмечалась в источниках как местность, где горели неугасимые огни. Самое раннее упоминание об этом встречается у византийского автора V в. Приска Панийского. Выходы горючего газа отмечались средневековыми армянскими и арабскими авторами VII–X вв. ал-Истахри, Мас'уди и др. и более поздними восточными и западно-европейскими источниками на Апшеронском полуострове — на острове Пир-Аллахи, в сел. Сураханы, в Бакинской бухте, на горе Шубаны. Однако наиболее сильные выходы газа были в сел. Сураханы.

  4. Панийский, Приск. Готская история.Перевод В. В. Латышева (Вестник древней истории, № 4). 1948. 65.
  5. Xaныкoв, H.O. O пepeмeжaющиxcя измeнeнияx ypoвня Kaccкoгo мopя. Тифлис: Зaп. Kaвкaз. oтд. Имп. pyccк. гeoфaф. oб-вa. 1853. 86–89.
  6. Khamneipur, Abolghassem. Zarathustra: Myth – Message – History. FriesenPress. 2015. səh. 504. ISBN 978-1-4602-6882-7.
  7. Касумова, С. Ю. Надпись Картира на «Каабе Зороастра» в Накши-Рустаме (PDF) (Азербайджан в III—VII вв. Этно-культурная и социально-экономическая история). Баку: Элм. 1993. 12–13. 2022-07-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-21.
  8. Moиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, кн.З,гл.I9, c.214
  9. Apмянcкaя гeoфaфия, c.50–51.
  10. Epeмян. Aшxapaцyйц, c.52
  11. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007, səh 38
  12. "Хоренский М. История Армении. Пер. с древнеармянского Г. Саркисяна, Айастан, Ереван, 1990". 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.
  13. "Г. Харт. Венецианец Марко Поло. М., 1956, с. 114". 2017-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-21.
  14. S. Aşurbəyli – Bakı şəhərinin tarixi, Bakı, 2007, səh 32
  15. Epeмян. Aшxapaцyйц, c.51
  16. Гевонд. История халифов вардапета Гевонда, писателя VIII в., пер. с арм. К. Патканова, СПб, 1862 Arxivləşdirilib 2012-11-29 at the Wayback Machine:"После него властвует Шам или Гешм в продолжение 19-ти лет. В первый год своего правления он возымел злобное намерение и отправил военачальника Герта произвести поголовную перепись в Армении для большего еще отягчения рабства нашего, чтобы подвергнуть нас разного рода бедствиям. Он порицал щедрость Омара и обвинял его в том, "что он незаконно истратил сокровища, собранные его предшественниками"; и много причинил он бедствий Армении (до того), что все стонали от горьких притеснений, и не было никакой возможности избавиться от невыносимых бедствий. С тех пор рука его еще более отяготила над Арменией. В то же время начались беспокойства в странах северных; ибо царь хазарский, Хаган, умер. Мать его, Парсбит, приказала полководцу Тармачу собрать огромное войско и вести его на Армению; [72] и полководец выступил с собранным войском, и пошел через землю Гуннов и через проход Джорский, по земле Маскутов, и сделал набег на страну Пайтакаран. Он переправился через реку Аракс в Персию, разрушил Артавет, Гандзак-Шагастан, область, называемую Атши-Багуан, Спатар-Пероз и Ормизд-Пероз."
  17. С. Б. Ашурбейли. Очерк истории средневекового Баку (VIII — нач. XIX вв.), Издательство АН Азерб. ССР, Баку 1964. 336 стр.(21 п.л.)
  18. Ahmad Kasravi Tabrizi. Namha-ye shahrha va deyeha-ye Iran, I, Tehran, 1929. (نام شهرها و ديه‌هاي ايران)
  19. Al-Istakhri. Kitab Masalik al-Mamalik. BGA, 1, ed. M. J. De Goeje., 1927
  20. Geographie d’Aboulfeda traduite de Parabe en francais et accompagnee de notes et d’eclaircissements par M. Reinaud, t. I–II, Paris, 1848–1883
  21. Картлис Цховреба, т. I, Тбилиси, 1955 г., с. 371 (на фр. яз.); т. II, Тбилиси, 1959 г., с. 166 (на груз. яз.)
  22. Etimad əs-Səltəne Məhəmməd Həsən-xan. Marat əlbuldan. Tehгan, 1293, s. 154
  23. E. Kämpfer. Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V, quibus continentur variae relationes, observationes et descriptiones rerum Persicarum et ulterioris Asiae, multa attentione, in peregrinationibus per universum Orientum, collecta, ab auctore Engelberto Kaempfero. Lemgoviæ : Typis & Impensis Henrici Wilhelmi Meyeri, Aulæ Lippiacæ Typographi , 1712, p. 253–262. Arxivləşdirilib 2007-12-09 at the Wayback Machine
  24. Ашурбейли С. Б. Об истории Сураханского храма огнепоклонников
  25. Alakbarov, Farid (Summer 2003), "Observations from the Ancients Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine", Azerbaijan International 11 (2): ""according to historical sources, before the construction of the Indian Temple of Fire (Atashgah) in Surakhani at the end of the 17th century, the local people also worshiped at this site because of the 'seven holes with burning flame'.""
  26. The Indian diaspora in Central Asia and its trade, 1550–1900 Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine "… George Forster … On the 31st of March, I visited the Atashghah, or place of fire; and on making myself known to the Hindoo mendicants, who resided there, I was received among these sons of Brihma as a brother; an appellation they used on perceiving that I had acquired some knowledge of their mythology, and had visited their most sacred places of worship …"
  27. Ervad Shams-Ul-Ulama Dr. Sir Jivanji Jamshedji Modi, Translated by Soli Dastur (1926), My Travels Outside Bombay: Iran, Azerbaijan, Baku Arxivləşdirilib 2012-02-04 at the Wayback MachineFarroukh Isfandzadeh … Not just me but any Parsee who is a little familiar with our Hindu brethren’s religion, their temples and their customs, after examining this building with its inscriptions, architecture, etc., would conclude that this is not a Parsee Atash Kadeh but is a Hindu Temple … informed me that some 40 years ago, the Russian Czar, Alexander III, visited this place with a desire to witness the Hindu Brahmin Fire ritual … gathered a few Brahmins still living here and they performed the fire ritual in this room in front of the Czar … I asked for a tall ladder and with trepidation I climbed to the top of the building and examined the foundation stone which was inscribed in the Nagrik [or Nagari] script … the installation date is mentioned as the Hindu Vikramaajeet calendar year 1866 (equivalent to 1810 A. D.) …"
  28. "Chardin J. Voyages en Perse et autres lieux de 1'Orient. Vol. II. Amsterdam, 1735. p. 311". 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  29. E. Kämpfer. Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V, quibus continentur variae relationes, observationes et descriptiones rerum Persicarum et ulterioris Asiae, multa attentione, in peregrinationibus per universum Orientum, collecta, ab auctore Engelberto Kaempfero. Lemgoviæ : Typis & Impensis Henrici Wilhelmi Meyeri, Aulæ Lippiacæ Typographi , 1712, p. 253–262 Arxivləşdirilib 2007-12-09 at the Wayback Machine
  30. "J. Villotte, Voyage d'un missionnaire de la Compagnie de Jésus en Turquie, en Perse, en Arménie, en Arabie et en Barbarie, Paris, 1730". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  31. Лерх Иоанн. Выписка из путешествия Иоанна Лерха, продолжавшегося от 1733 до 1735 г. из Москвы до астрахани, а оттуда по странам, лежащим на западном берегу Каспийского моря. "Новые ежемесячные сочинения", ч. XLIV, февраль, СПб., 1790 г., с. 75
  32. "Jonas Hanway. An Historical Account of the British Trade Over the Caspian Sea, 1753". 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  33. "Samuel Gottlieb Gmelin. Reise durch Russlaud zur Untersuchung d. drei Naturreiche, p. 45". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  34. "Jean Françoise Gamba. Voyage dans la Russie méridionale et particulierement dans les provinces situées au-dela du Caucase (2 vols., Paris, 1826), II, p.299". 2015-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  35. Russell, James R. Zoroastrianism in Armenia. Harvard University. 1987. 524.

    Not far from Ganjak, on the Apseron Peninsula, was the at assail 'fire-temple' of Baku, whose fires were fed by natural gases. The present building was built probably no earlier than the eighteenth century, and inscriptions in Indian scripts on its walls indicate it was a place of pilgrimage for Parsi travellers in recent times. The fires are now extinguished, but it is possible that the Baku temple was a centre of Zoroastrian worship in the Caucasus before the simple shrine now standing on the site was constructed.

  36. "Jean Françoise Gamba. Voyage dans la Russie meridionale. II. Paris. 1826. P. 299". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  37. Dan Shapira. A Karaite from Wolhynia meets a Zoroastrian from Baku. Iran and the Caucasus, vol. 5, no. 1, 2001, pp. 105–106
  38. Alexandre Dumas. Impressions de voyage: Le Caucase (1866)
  39. Ussher. A Journey from London to Persepolis. pp. 208–207, L., 1865.
  40. Thielmann, Journey in the Caucasus, Persia, and Turkey in Asia, Eng. tr. by Heneage, 2. 9–12, London, 1876
  41. "James Bryce. Transcaucasia and Ararat: Being Notes of a Vacation Tour in the Autumn Of 1876". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  42. Life in the Moslem East By Pierre Ponafidine, Emma Cochran Ponafidine, 1911.
  43. "E. Orsolle. Le Caucase et la Perse. Ouvrage accompagné d'une carte et d'un plan. Paris, E. Plon, Nourrit et cie, 1885, pp. 130–142". 2014-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  44. O’Donovan E. Merv Oasis: Travels and Adventures East of the Caspian during the years 1879–80-81. 2 vols. New York, 1883
  45. Men and Women of India. Vol. 1, no. 12, p. 696, Bombay, Dec. 1898
  46. "J. D. Henry, Baku, an Eventful History, 1906". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  47. Сысоев В., Садиги Г. Атешга или Храм Огнепоклонников в Сураханах и Садиги Г. Древности деревни Шихово Известия Азербайджанского Археологического комитета, отдельный оттиск из выпуска 1. Баку Слово 1925 г. 32с.
  48. Саяпин М. С. Бакинские древности (Взгляды обывателя). Рукопись ФП-328 библиотеки НАН Азербайджана, 1930 г.
  49. "Маариф ве медениет" ("Просвещение и культура"), № 2, 1925 г., Баку, с. 37–38
  50. "Maari Mumbai Bahaarni Sehel — Europe ane Iran-nee Musaafari-naa 101 Patro. 1926, p. 266–279 (English translation: "My Journey outside Mumbai — 101 letters of my Europe and Iran Journeys." by Ervad Shams-Ul-Ulama Dr. Sir Jivanji Jamshedji Modi. Translated from Gujarati by Soli P. Dastur in 2004". 2012-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  51. "Surakhany, Atashgyakh (Fire — worshippers, temple — museum at Surakhany)". 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  52. "иранские зороастрийцы в Атешгяхе во главе с мобедом Курошем Никнамом". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  53. Jackson, A. V. Williams (Abraham Valentine Williams). From Constantinople to the home of Omar Khayyam
  54. Атласе к путешествию Б. А. Дорна по Кавказу и южному побережью Каспийского моря" (СПб., 1895, разд. III, 7 лл. Ср. также: Б. А. Дорн. Отчет об ученом путешествии по Кавказу и южному берегу Каспийского моря. Труды ВОАО, VIII, отд. оттиск, 1861, стр. 36.)
  55. J. M. Unvala. Inscriptions from Suruhani near Baku. Journ. of the Bombay Branch of the Royal Asiatic Soc. (New Ser.), 26, 1950
  56. "ISFAHAN IN PRE-ISLAMIC PERIOD. The Arab geographers report that the Sasanian city of Isfahan comprised two adjoining towns: Jayy". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.
  57. "Ali Akbar Dehkhoda. Loghatnameh, (in Persian), Tehran". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.
  58. М. Бойс. Зороастрийцы. Верования и обычаи Arxivləşdirilib 2012-09-24 at the Wayback Machine
  59. Мусеви Т. М. Средневековые документы по истории Баку. Баку, 1967, с. 63–64 (на азерб. яз.)
  60. Сысоев, В. Атешга – храм огнепоклонников в Сураханах, близ Баку (Изв. Азерб. Археологического комитета). Баку. 1925.
  61. Саламзаде, 1964. səh. 35
  62. "İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur". president.az. 29 mart 2013. 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2018.

Həmçinin bax redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023