Atəşgah (neft yatağı) Haqqinda Melumat - Vikipedia

Atəşgah (neft yatağı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Atəşgah (neft yatağı)

"Atəşgah" - Azərbaycanda Xəzər dənizində Neftçala rayonuna yaxın neft yatağıdır. Yataq sahilə yaxın, Neftçala rayonunun mərkəzi ilə üzbəüz yerləşir. "Yanan tava", "Atəşgah" və "Muğan-dəniz" blokunün tərkib hissəsidir.

Blokun ümumi sahəsi 500 km², dənizin dərinliyi 50-100 metrdir. "Yanan tava", "Atəşgah" və "Muğan-dəniz" strukturlarında kəşfiyyat işləri üçün cavabdeh olan JAOC 2001-2003-ci illərdə çox mürəkkəb kəşfiyyat-qazma işləri aparıb. Yüksək lay təzyiqi üzündən birinci kəşfiyyat quyusu hətta layihə dərinliyinə çata bilməyib. İkinci kəşfiyyat quyusunda isə layihə dərinliyini iki dəfə artırmaq lazım gəlmişdi.

Ancaq lazım olan minimal karbohidrogen həcmi tapılmayıb. "Atəşgah", "Yanan tava" və "Muğan-dəniz" yataqlarının kəşfiyyatı və işlənməsi üzrə saziş 25 dekabr 1998-ci ildə ARDNŞ (50 faiz) ilə Yaponiyanın "ITOCHU Oil" (7,5 faiz), "Yapex" (22,5 faiz), "Teikoku" (7,5 faiz) və "Inpex" (12,5 faiz) şirkətləri arasında bağlanıb. JAOC əməliyyat şirkəti 18 may 1999-cu ildə yaradılıb. "Yanan tava" və "Atəşgah" dəniz strukturlarında qazılmış kəşfiyyat buruqlarından əldə edilmiş göstəriciləri dərindən öyrəndikdən sonra "Japan Azerbaijan Operating Company" (JAOC) əməliyyat şirkəti Azərbaycanda işini dayandırmağı qərara alıb[1].

İstinadlar redaktə

  1. "JAOC Azərbaycanda fəaliyyətini dayandırır". 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-06.

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024