Atom saatı Haqqinda Melumat - Vikipedia

Atom saatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar.

Atom saatlarının blok-sxemi

1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024