Aton Haqqinda Melumat - Vikipedia

Aton Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aton Qədim Misirin Qədim dövrünə aid günəş tanrısı. Qədim Misirdə XVIII sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən hər şeyin başlağıcı kimi tək tanrı günəş tanrısı kimi tanılaraq qəbul edilmiş və ona e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misirdə sitayiş edilmişdir.

Misir Tanrıları
Aton
Tanrı Günəş-Aton
Tanrı Günəş-Aton

Tanrı Günəş-Aton
Adı Aton
Transkripsiyası Aton
Jtn
Günəş həlqəsi

"Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı. Əzəldən bəri mövcud olan varlığı əbədiyyətə qədər sürəcək. Gizlidir Tanrı, kimsə görməyib Onu. İnsanlara və yaratdıqlarına hər zaman sirr qalacaqdır".

Bu tərif firon Exnaton tərəfindən Aton üçün şeir olaraq yazılmışdır.

Exnaton (e.ə. 1372 — e.ə.1354) atası III Amenhotepin ölümündən sonra 18-ci sülalənin 9-cu fironu olur. Bu dövrdə Misirdə hakim inanc baş tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlarkən mütləq kahinlərin öncəgörmələrini və fikirlərini nəzərə alırdılar. Lakin bütün bunlara baxmayaraq hələ də tam bilinməyən səbəblərdən IV Amenhotep hakimiyyətinin ilk illərində digər yaradıcıları inkar edərək, yalnız Günəş tanrısı Atonu tək yaradıcı kimi qəbul edir və verdiyi qanunla xalqın da buna əməl etməsinin vacibliyini bildirir. Karnak məbədlərini bağlayaraq Amon kahinlərini vəzifədən uzaqlaşdıran Amenhotep e.ə. 1366-cı ildə Amona sitayişin güclü olduğu Fiva şəhərini tərk edir və indiki Tel əl-Amarna şəhərində yeni ibadət mərkəzi yaradır. Yeni inancın şərəfinə həmin mərkəzi Axetaton, yəni "Günəş üfüqü" adlandırır. Öz adı — Amenhotep "Amon məmnundur" mənasını verdiyi üçün onu dəyişdirərək Exnaton — "Günəşə sərfəli" qoyur. Firon Exnatonla yanaşı onun ailə üzvləri və saray əyanları da adlarını dəyişirlər və getdikcə Atona inam genişlənir.

Həmçinin bax redaktə

Atonizm


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023