Avarlar Haqqinda Melumat - Vikipedia

Avarlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

AvarlarV əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türk tayfalar oynayırdılar.

VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir.

Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər. Lakin daxili çəkismələr və fəth edilmiş tayfaların üsyanları avarların hərbi qüdrətinin tənəzzülünə və xaqanlığın dağılmasına səbəb oldu.

VII min ortalarında avarlar Qara dənizin şimal ətrafından sıxışdırılıb çıxarıldı, türk bulqarlar tərəfindən 680-ci ildə yaradılmış Bulqar çarlığı isə onları cənubdan sıxışdırmağa başladı. Avarlar 790-cı ildə Böyük Karlın frank ordusu tərəfindən tamamilə darmadağın edildilər, 796-cı ildə isə əsas "xrinq"lər süqut etdi. Sonralar avarlar Qara dənizin qərb sahilləri və Dunayboyu ərazilərin yerli əhalisi ilə tamamilə qaynayıb-qarışdılar.

Həmçinin bax redaktə


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023