Avatar: Aanq haqqında əfsanə — Axtarış Haqqinda Melumat - Vikipedia

Avatar: Aanq haqqında əfsanə — Axtarış Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Avatar: Aanq haqqında əfsanə — Axtarış

Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartinoBrayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks.[1] Məzmunu Vəd komiksindən sonra baş verir.[2]

Avatar: Aanq haqqında əfsanə — Axtarış
Avatar: The Last Airbender – The Search
komiksin 1-ci hissənin üz qabığı
Nəşriyyatçı Dark Horse Comics
Yaradıcıları Maykl Dante DiMartino
Brayan Konietzko
Yazıçıları Cin Yanq
Rəssamlar Gurihiru studiyası
Nəşr tarixi 20 mart 2013 (hissə 1)
10 iyul 2013 (hissə 2)
30 oktyabr 2013 (hissə 3)[1]
ISBN 9781616552268
Dil İngilis dili
ISBN 9781616552268
Əvvəlki Vəd
Sonrakı Yarıq

Baxış redaktə

Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur.

Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər.

Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi.

İstehsalı redaktə

DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər. Kanal bunu rədd edib, əvəzinə franşızı sikvel olan Korra əfsanəsi serialın 26 seriyalı bir sezon şəkildə davam etməyə qərar verib.[3]

İstinadlar redaktə

  1. 1 2 "Dark Horse Schedules "Avatar: The Last Airbender—The Search," CLAMP and More". Crunchyroll. 13 October 2012. 26 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2012.
  2. "Arxivlənmiş surət". 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-07.
  3. "'Avatar: The Search' was pitched as a movie by Mike DiMartino, but Nick opted for 'Korra' Book 2". Hypable. 25 March 2013. 14 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2013.

Həmçinin bax redaktə


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024